Gənclər Fondu tələbələr üçün təqdimatları davam etdirir
Tarix: 23.10.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməkdə davam edir. Gənclər Fondunun mətbuat xidmətindən verilən məlumata görə, növbəti təqdimatlar Fondun Aparat rəhbəri Faiq Qürbətov və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun əməkdaşı Vüsalə Niftəliyeva tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilib.
Tələbələrin böyük marağına səbəb olan təqdimatlarda gənclərin sualları cavablandırılıb, görüşlər diskussiya şəklində davam edib. Görüşlərdə tələbələrə fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdim etmə və digər zəruri məlumatlar təqdim olunur. Təqdimatlar hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir. 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. Fondun əməkdaşları tərəfindən keçirilən təqdimatlar Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti və Turizm İnstitutunda davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info