BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü ilə bağlı müzakirələr başlanır
Tarix: 10.07.2020 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Qoşulmama Hərəkatının sammitində Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-də müzakirəsi iyulun 10-da başlanır, hərçənd xüsusi sessiyanın keçirilməsi müddəti hələ müəyyən edilməyib.

Trend-in TASS agentliyinə istinadən məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Nazir deyib ki, Qoşulmama Hərəkatının, - bu Hərəkata hazırda Azərbaycan sədrlik edir, - təşəbbüsü ilə Baş Assambleyanın COVID-19 mövzusuna həsr edilmiş xüsusi sessiyası çağırılacaq, lakin sessiya bir qədər sonra keçiriləcək:

"Bu gün, iyulun 10-da isə xüsusi sessiyanın çağırılmasında rəhbər götürüləcək qaydaların prosedur baxımından tərtibatı başlanır, çünki koronavirus infeksiyası şəraitində qeyri-adi distant formada çağırılan bütün tədbirlər təşkilati-prosedur məqamları baxımından razılaşdırılmalıdır. Ona görə də bu gün yalnız prosedur məqamları müzakirə ediləcək, xüsusi sessiyanın çağırılması tarixi isə hələ müəyyən edilməyib”.

S.Lavrov qeyd edib ki, BMT-də pandemiya ilə bağlı məsələlər üzərində işdə müəyyən nəticələr əldə edilib:

“Mən düşünürəm ki, BMT-ni COVID-19 təhdidlərinə münasibət bildirmək baxımından gecikmiş, astagəl adlandırmağa əsasımız yoxdur. Baş Assambleya barədə danışmalı olsaq, o, artıq iki dəfə toplaşıb. Bu vəziyyətin ilkin mərhələsində koronavirusa qarşı mübarizə üzrə dünya birliyinin vəzifələrinə həsr edilmiş iki qətnamə qəbul edilib. Nəhayət, lap yaxın vaxtlarda Təhlükəsizlik Şurası COVID-19 barədə qətnamə qəbul edib. Biz bunu uzun müddət edə bilmirdik, çünki amerikalılar bu sənəddə Ümumdünya Səhiyyə Təşkilatının rolunun qeyd olunmasını qətiyyətlə istəmirdilər. Sonda həm bu rolu qeyd etməyə, həm də konsensusu təmin etməyə imkan verən sözlər tapıldı”.




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
07.08.2020
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
07.08.2020
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
07.08.2020
Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb
07.08.2020
Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi 34 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info