Vakant müəllim yerlərinin siyahısı açıqlanacaq
Tarix: 23.10.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Bu il internat məktəbləri və uşaq evlərindən 228 nəfər ailələrinə və yaxın qohumlara qaytarılıb

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə qəbul aparılsa da, bir sıra peşə təhsili müəssisələrində vakant yerlər mövcuddur. Təhsil Nazirliyindən verilən xəbərə görə, bununla əlaqədar olaraq, noyabr ayına qədər yeni siyahının hazırlanıb təqdim edilməsi nəzərdə tutulub.
Nazirlik orta məktəblərin mühafizə sistemi ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirilib ki, bu məsələ ilə əlaqədar Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb. Eyni zamanda qeyd olun ki, bir çox ümumi təhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunur. Təhsil Nazirliyinin saytının yaydığı digər xəbərə görə, cari ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 228 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası olaraq nazirlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə ümumilikdə 589 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Son üç il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 36 nəfər uşaq övladlığa verilib. Eyni zamanda, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir. Bildirilib ki, “Sosial xidmət haqqında” qanunun 17-ci maddəsinə əsasən, sosial xidmət müəssisələrinin yaradılması nəzərdə tutulub. Uşaqlar üçün sosial xidmət müəssisələri bütün ölkə ərazisində fəaliyyət göstərdiyi təqdirdə dövlət uşaq müəssisələrin sayı əhəmiyyətli dərəcədə azalacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info