Azərbaycan BMT-nin təhsil proqramında təmsil olunub
Tarix: 11.07.2020 | Saat: 09:54:00 | E-mail | Çapa göndər


BMT-nin Cenevrə bölməsinin təşkilatçılığı ilə keçirilən 58-ci təhsil proqramında Azərbaycanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.

AZƏRTAC xəbər verir ki, pandemiyaya görə ilk dəfə onlayn keçirilən təhsil proqramına 50 ölkədən 80 iştirakçı qatılıb. Magistr və doktorantlar üçün təşkil olunan təhsil proqramında iştirakçılara BMT-nin fəaliyyət mexanizmi, dayanıqlı inkişaf məqsədləri və qurumda karyera imkanları haqqında ətraflı məlumat verilib. “BMT-nin yaradılmasının 75-ci ildönümündə gələcəyimizi birlikdə quraq” mövzusunda keçirilən seminarlarda təşkilatın Cenevrə bölməsinin rəhbər şəxsləri, o cümlədən baş direktor Tatyana Valovaya və BMT Baş katibinin müşaviri Fabritso Hoçşild məruzələrlə çıxış ediblər.

İstanbul Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili alan Fazil Qasımov BMT rəsmilərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 1993-cü ildə Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən BMT qətnamələrinin icrası və məcburi köçkünlərin evlərinə qayıdışı barədə suallar ünvanlayıb. İctimai birliyin nümayəndəsi təhsil proqramında iştirak edənlərə müraciətlə BMT-nin gələcək fəaliyyəti haqqında fikirlərini bu sözlərlə ifadə edib: “Mən bir çoxunuzun yalnız televiziya ekranlarında gördüyü şəraitdə, məcburi köçkün ailəsində böyümüşəm. Bütün təhsil pillələrimi təqaüdlə oxumuşam. Əks təqdirdə ali təhsil almağa imkanım yox idi. Hazırda iqtisadiyyat üzrə doktorantura təhsili alıram. Mənə təhsil almaq imkanı yaradanlara çox minnətdaram. Təəssüf ki, dünyada milyonlarla insan məcburi qaydada evlərindən didərgin salınıb və ağır şəraitdə yaşamağa məhkum edilib. Atamın ən böyük arzusu, evimizin dağıdıldığını bilməsinə rəğmən evimizə qayıtmaq idi. Təəssüf ki, atam evimizə qayıtmadan vəfat etdi. Mən bizə bu vəhşilikləri edənləri deyil, dünyada dinc insanların didərgin düşməsini, əzab çəkməsini və öldürülməsini dayandırmayanları günahlandırıram. Gözləntim budur ki, növbəti 25 ildə BMT bu cür insan faciələrinin bir daha baş verməməsi üçün mexanizmlər hazırlayar. Buna nail olmaq üçün BMT humanist liderliyi qlobal miqyasda təbliğ etməli və liderləri insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb etməlidir”.

Fazil Qasımov, həmçinin “Aşıq Şəmşir” Mədəniyyət Ocağının fəaliyyəti, qurumun UNESKO ilə əməkdaşlığı və inklüziv incəsənət təhsili sahəsində layihələri barədə iştirakçılara məlumat verib.

Beş gün davam edən proqramın sonunda iştirakçılardan BMT-nin 75 illiyinə dair esse yazılması tələb edilib və tapşırığı uğurla yerinə yetirənlərə sertifikatlar verilib.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Azərbaycanda dərslərin həftədə 2 dəfə keçirilməsi təklif olunur
13.08.2020
“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub
13.08.2020
“Hər şey Vətən üçün!”
13.08.2020
Bu gün keçirilən qəbul imtahanlarının nəticələri nə vaxt elan ediləcək?
13.08.2020
Buraxılış imtahanlarında yüksək bal toplayan məzunlar

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info