“Obama administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllində aktivliyini artırmalıdır”
Tarix: 23.10.2013 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Riçard Vayç: “Azərbaycanla Ermənistan arasında yeni müharibə
Avrasiyada Amerikanın enerji və təhlükəsizlik marağına zərbə
vura bilər”


“Ötən həftə Pentaqon gələn ilin iyul ayında bütün Amerika əsgərlərinin Qırğızıstandakı «Manas» hərbi bazasını tərk edəcəyini açıqlayıb. Bu baza neçə ildir ki, Əfqanıstanda mübarizə aparan Amerika və koalisiya qüvvələri üçün həyati əhəmiyyət kəsb edir. Baza vasitəsilə həm canlı qüvvə, həm də hərbi texnika daşınır. Gələn ilin iyul ayından sonra isə hava nəqliyyatında mühüm tranzit məntəqəsi olan “Manas”ı Rumıniyadakı baza əvəz edəcək».
Bu sətirlər Birləşmiş Ştatların "World Politics Review" nəşrində dərc edilən məqalədə yer alıb. Hadson İnstitutunun baş elmi işçisi və "World Politics Review" nəşrinin baş redaktoru Riçard Vayçın müəllif olduğu məqalədə qeyd edilir ki, ABŞ-ın bu qərarı Qırğızıstan parlamentinin “Manas”ın icarə müddətinin 2014-cü ilin iyulun 11-də başa çatması ilə bağlı qəbul etdiyi qanunla bağlıdır. Qırğızıstanın bu hərbi baza ilə bağlı təhdidi ilk dəfə deyil ki, baş verir. Amma əvvəlki təhdidlərdən fərqli olaraq bu dəfə ABŞ icarə müqaviləsinin müddətinin artırılmasında israr etmədi. Müəllif yazır: «ABŞ qoşunlarının bölgədən çəkilməsi Orta Asiya və Cənubi Qafqaz dövlətlərində Amerikanın regionu tərk etməsi kimi qəbul edilə bilər. Həmin dövlətlərdə belə bir təsəvvürün formalaşması anlaşılandır. Amma Birləşmiş Ştatlar bəzi yanlışlardan vaz keçmək üçün yollar tapmağa məcburdur. ABŞ “Manas” vasitəsilə həyata keçirdiyi əməliyyatların bir hissəsini gələn ilin yayından etibarən Rumıniyadakı Mixail Koqelniçanunun adını daşıyan bazadan yararlanmaqla reallaşdıracaq. Bu bazanı Qara dənizdə operativ məntəqə də adlandırırlar. Bu baza Əfqanıstandan “Manas”la müqayisədə 3 dəfə uzaq məsafədə yerləşir. Amma koalisiya qüvvələri Rumıniyadakı bazadan Əfqanıstanda hava əməliyyatları həyata keçirmək üçün istifadə etməyəcək. Bu baza daha çox yüklərin daşıması üçün nəzərdə tutulur. Bazanın “Manas”dan əsas üstünlüyü Avrasiya aviasiya sistemi, dəmiryolu və dəniz nəqliyyatı şəbəkəsinə daha yaxşı inteqrasiya olması ilə bağlıdır. Rumıniya Əfqanıstanda hərbi əməliyyat keçirən təyyarələri ölkəsində yerləşdirməkdən imtina edib.

“Dondurulmuş münaqişələr qanunsuz silah ticarətinin aparıldığı, beynəlxalq cinayət qruplaşmalarının istifadə
etdiyi nəzarətsiz zonalar yaradıb”


Bu təyyarələr Cənub-Şərqi Asiyadakı başqa aerodromlardan istifadə edəcək, daha iri yüklər Pakistan vasitəsilə daşınacaq. Amerika hərbi dairələri “Manas”la bağlı məsələnin hərbi siyasətə ciddi təsir etməyəcəyini düşünür. Onların fikrincə, “Manas”ın əhəmiyyəti əvvəlki kimi deyil. Amerikalılar Avropaya və ABŞ-ya qaytarmaq istəmədikləri yükləri ya məhv edəcəklər, ya da yerli qüvvələrə verəcəklər». Yazıda qeyd edilir ki, Qırğızıstan rəsmiləri 2009-cu ildə “Manas”ın icarə müqaviləsini ləğv etmək istəyirdilər. Amerika illik icarə haqqını 17 milyon dollardan 60 milyon dollara yüksəldikdən sonra vəziyyət dəyişdi. Kiçik büdcəyə malik dövlət üçün bir hərbi bazadan büdcəyə 60 milyon dollar vəsait daxil olması böyük gəlirdir. Üstəlik həmin bazaya il ərzində yanacaq və digər ehtiyaclar üçün təxminən 100 milyon dollar xərcləndiyini nəzərə alsaq, «Manas» ən çox gəlir gətirən bazalardan birinə çevrilmişdi. Əsgər Akayev və Kurmanbek Bakiyevin vaxtında Amerika ilə sərfəli müqavilələr imzalanmışdı. Həmin vaxt belə bir təsəvvür formalaşmışdı ki, amerikalılar yerli korrupsiyaya göz yumur. Amma sonradan baş verən bəzi sirli hadisələr vəziyyəti dəyişdi. 2006-cü ildə qırğız sürücünün öldürülməsi, amerikalı hərbçinin müəmmalı şəkildə oğurlanması, Amerika təyyarəsinin Qırğızıstan prezidentinin avtomobili ilə toqquşması kimi olaylardan sonra «Manas»dakı 1000 nəfərlik Amerika kontingentinə qarşı münasibət dəyişdi. Müəllif daha sonra yazır: «2010-cu ildə hakimiyyətə yeni qüvvələr gəldikdən sonra situasiya dəyişdi. Yerli siyasilər sevilməyən amerikalıların ünvanına tənqid səsləndirməklə populyarlıq qazanmağa başladılar. Qırğızıstan gələn ilin yayında icarə müqaviləsinin başa çatması ilə bağlı qərar qəbul etdikdən sonra Rusiya bu ölkənin borcunu silməklə yanaşı 1,1 milyard dollarlıq silahın çatdırılmasını da sürətləndirdi. ABŞ qüvvələrinin Mərkəzi Asiyada mövcudluğu regionda Rusiya və Çinini təsirini kompensasiya etmək baxımından əhəmiyyət daşıyırdı . Cənubi Qafqazda hesab edirlər ki, Vaşinqton İran və Rusiya təsirini balanslaşdırmaq üçün lazımdır. «Manas»dan çəkilməklə bağlı qərar belə bir fikir yaradıb ki, ABŞ Avrasiyada güclü hərbi iştirakını saxlamaq istəmir. Mərkəzi Asiya dövlətləri ABŞ-a Əfqanıstandakı missiyasını yerinə yetirməkdə kömək edirlər. Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda hakimiyyətlər narahatdırlar ki, Əfqanıstanda bəzi rayonları nəzarətində saxlayan Taliban bir müddət sonra regionda radikal qüvvələri aktivləşdirə bilər. Taliban və «əl-Qaida»ya bağlı ekstremist təşkilatlar Mərkəzi Asiyadakı bütün hakim rejimlərə qarşıdırlar. Özbəkistan və Qazaxıstan rəhbərliyi Birləşmiş Ştatları Əfqanıstandakı hərbi əməliyyatlar başa çatandan sonra regiona diqqəti azaltmamağa çağırırlar. Cənubi Qafqazda ehtiyat edirlər ki, Birləşmiş Ştatlar onları Rusiyanın təzyiqləri qarşısında müdafiə etməyəcək. Moskva və Tehrana qarşı təsir rıçaqlarına malik olmaq üçün Azərbaycan, Gürcüstan və Ermənistan ABŞ-ın regionda iştirakını istəyirlər. Birləşmiş Ştatlar bəzi hərəkətlərlə bu narahatlığı minimuma endirə bilər. Vaşinqton Cənubi Qafqazdakı dondurulmuş münaqişələrin həllində aktivlik nümayiş etdirməlidir. Bu münaqişələr Rusiya və İranın regiondakı təsirini gücləndirir, qanunsuz silah ticarətinin aparıldığı, beynəlxalq cinayət qruplaşmalarının istifadə etdiyi nəzarətsiz zonalar yaradır. Obama administrasiyası xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində aktivliyini artırmalıdır. Çünki Azərbaycanla Ermənistan arasında yeni müharibə başlayacağı halda Avrasiyada Amerikanın enerji və təhlükəsizlik marağına zərbə vurulacaq. Ümumi yanaşdıqda isə Birləşmiş Ştatlar üçün regiondakı dostlarını sakitləşdirmək asan olmayacaq. Cənubi Qafqaz dövlətlərinin avroatlantik məkana inteqrasiyaya cəlb etmək siyasəti pik nöqtəsinə çatıb. Ümid edək ki, Vaşinqton öz səhvlərini təkrarlamayacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info