Bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib
Tarix: 12.07.2020 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutacaq BMT Baş Assambleyasının xüsusi sessiyası qlobal çağırışlara münasibətdə yeni həll planlarının tapılması üçün mühüm addımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən iclasında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılmasını təklif etmişdi:

“Pandemiyanın dünya düzəninə gətirdiyi dəyişikliklər qaçılmazdır və məhz bu məsuliyyətli məqamda cənab Prezident İlham Əliyevin zamanında irəliyə sürdüyü təşəbbüs vəziyyətin idarə olunması üçün yeni imkanlar yaradır. Təsadüfi deyil ki, belə müzakirələrin vacibliyini anlayaraq 130-dan çox ölkə Azərbaycan liderinin konstruktiv təşəbbüsünü dəstəkləyib.

İyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq öz işinə başlayıb, dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında keçirilən məsləhətləşmədın asılıdır.

Hadisələrin proqnozlaşdırılmayan istiqamətlərdə inkişafı dövlətlər və cəmiyyətlər üçün yeni çağırışlar yaradır və bu situasiya vahid yanaşmaların işlənib hazırlanmasını labüd edir.

Artıq müəyyən dövr ərzində müxtəlif ölkələrdə COVİD-19-a qarşı mübarizə sahəsində müəyyən təcrübə formalaşıb və dünyanın bu mübarizədə ümumi baxışlarının formalaşdırılması hadisələrin sonrakı inkişafında əhəmiyyətli orientir ola bilər. Bu mənada, BMT Baş Assambleyasında səsləndiriləcək fikirlər hədsiz maraqla gözlənilir və heç şübhəsiz bütün dünyanın diqqəti Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu tədbirə yönəlib”.

S.Mikayılova vurğulayıb ki, sözdən əməli işə keçməyin tam zamanıdır və BMT Baş Assambleyasından praktik addımların atılması üçün böyük gözləntilər var:

“Uyğun platformanın yaradılması qlobal bəla ilə mübarizədə mahiyyətcə yeni yanaşma olacaq. Beynəlxalq münasibətlər sistemində son zamanlar müşahidə olunan ətalətə qarşı hərəkət mexanizmının hazırlanması üçün əsas verəcək.

Azərbaycan Prezidentinin bu təşəbbüsü fors major situasiyalarda idarəetməyə tam yeni baxışların olmasının vacibliyini göstərməklə yanaşı, prosesləri staqnasiya mərhələsindən çıxarmaq üçün mühüm gedişdir.

Planetin hər bir bölgəsində həyəcanla gözlənilən BMT Baş Assambleyasının qarşıdan gələn icalsı bu mənada xüsusi önəm daşıyır. Qəbul oluncaq hər bir qərar nəticə etibarilə 2-ci Dünya Müharibəsindən sonra təşkilatın qlobal anlamda proseslərə ən təsirli müdaxiləsi və “COVİD-19” mübarizəsində səylərin mərkəzləşdirilməsini təmin edə bilər.

BMT tarixində 31 Xüsusi sessiya keçirmişdir, bunlardan yalniz üçü dövlətlər tərfindən çağırılmışdır. BMT səviyyəsində virtual formatda belə bir əhəmiyyətli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT tarixində bir ilkə imza atmış olub. Eyni zamanda, Azərbaycan Prezidenti rəqəmsal diplomatiyanın təşəbbüskarı kimi cıxış edib və xüsusilə, qeyd etmək lazımdır ki, Azərbaycan BMT-yə texniki sahədə dəstək verməyə hazır olduğunu bildirib.

İnanırıq ki, BMT Baş Assambleyası öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizədə önəmli müzakirələr apararaq, bəşəriyyəti bu pandemiyanın cəngindən xilas etmək üçün lazımi qərarlar qəbul edəcək”.




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
14.08.2020
Məğlubiyyətdən doğan isterika: Ermənistandan sərsəm Gəncə bəyanatı
14.08.2020
“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqləndi
14.08.2020
Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində sərsəm fikirlərlə növbəti dəfə özünü biabır etdi
14.08.2020
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info