Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər
Tarix: 12.07.2020 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Qız övladları - behişt gülləridir ki, Allah Təala dünyada insanlara rəhmət kimi əta edər. Qız övladlarının insan üçün gətirdiyi dünya və axirət bərəkətləri ilə Məsumların (ə) mübarək dilindən tanış olaq.

Həzrət Peyğəmbər (s) buyurur: "Qız övladları - bərəkət mənbəyidirlər".

Həzrət Rəsulallah (s) buyurur: "O kəsin ki, bir qız övladı olar, Allah Təala onun köməkçisi olar. Bərəkət və bağışlanmasını onun halına şamil edər".

Həzrət Peyğəmbər (s) buyurur: "Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər. O mənzil mələklərin ziyarət və görüş yeri olar. O mələklər həmin qızın atası üçün əməl dəftərinə hər gün bir ilin ibadət savabını yazarlar".

Həzrət Rəsulallah (s) buyurur: "Onlar müjdə mənbəyidirlər".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, bir qız övladı olar, bu qız övladı onun üçün min həcdən, Allah yolunda edilən min cihaddan, min dəvə qurban etməkdən, min dəfə qonaqlıq verməkdən daha üstündür".

Həzrət (s) buyurur: "O kəsin ki, üç qız övladı olar, cihadın məsuliyyəti onun çiynindən götürülər".
İmam Sadiq (ə) buyurur: "Qızlar - həsənə kimidirlər. Allah Təala həsənə qarşısında əcr və savab inayət edər".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, qız övladı olar, onlara yaxşılıq edər, cəhənnəm atəşinin əzabından amanda olar".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, qız övladı olar, həmin qız övladına ziyan vurmazsa, onu təhqir etməzsə və oğlan övladını ondan üstün tutmazsa - Allah Təala bu cür insanı behiştə daxil edər".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Hər kimin iki qız övladı olarsa, o qızların vasitəsilə behiştə daxil olar".




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
“Xiaomi“ dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib
12.08.2020
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
12.08.2020
İzmir şəhərində gün işığına çıxarılan üç min illik qalıqlar
10.08.2020
Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
10.08.2020
Tyanada 4-cü əsrə aid səkkizbucaqlı kilsə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info