Yaranmış gərginliyə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir
Tarix: 13.07.2020 | Saat: 10:23:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Ermənistan yenə də öz iyrənc xislətinə sadiqliyini nümayiş etdirdi. Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənov bildirib ki, bütün dünyada COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinin, ölkələrin özlərinə qapanmamasının, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsi tendensiyasının nümayiş olunduğu bir zamanda beynəlxalq maliyyə qurumlarından yardım dilənən Ermənistan hakimiyyəti sosial dayaqlarını artıq tamamilə itirib, koronavirus böhranından çıxış yolu kimi bu yola əl atır:

“Ermənistan daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır. Bunun tək bir adı var. O da Azərbaycanafobiyanı dövlət siyasəti həddinə çatdıran Ermənistanın bu cür hərbi avantüraya əl ataraq üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə və beləliklə də Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışmasıdır.

Bu yolla Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəlikləri bir daha kobud şəkildə pozur. Bu birbaşa rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti əyani sübutudur. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam etdirdiyi təcavüzü və hazırki mövqeyi bir daha sübut edir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında olan Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə tam nəzarət etmək iqtidarındadır”.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi
12.08.2020
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi“ləri ilə tanış olub
12.08.2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
12.08.2020
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
12.08.2020
Prezidentin köməkçisi: “Metsamor AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info