“Əsasən Bakıda yaşayacağam“
Tarix: 13.07.2020 | Saat: 10:31:00 | E-mail | Çapa göndər


"Azərbaycan böyüyən ölkədir, futbolda da gələcəyə dair nikbin fikirlər var".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazi deyib.


İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında millimizi seçməsinin səbəblərini açıqlayıb: "Təklif ciddi olduğu üçün bu seçimi etdim. Həmsöhbətlərim, federasiya rəhbərliyi etibarlı oldu. Gələcək barədə düşüncəsi olan, futbol baxımından böyüyən bir ölkəyə gedirəm. Onlarla ilk təmas fevralda olmuşdu, pandemiya səbəbindən sonra danışıqlar dayandırıldı. İndi yenidən nəfəs ala bildiyimizə görə, danışıb razılaşdıq. Müqavilə müddəti 2021-ci ilin sonuna qədərdir. Avqustun əvvəlində orada olacağam. Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çoxunu istəyərdim. Amma koronavirus hamımızı dayanmağa vadar etdi. İlk oyunumuzu sentyabrın 5-də Millətlər Liqasının qrup mərhələsində Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var".

De Byazi Bakı haqqında da danışıb. O, paytaxtımızı tərifləyib: “Bakı möhtəşəm şəhərdir. Bir neçə dəfə orada olmuşam və Bakının gözəlliyi məni səssiz qoyub. Böyük, aktiv, dinamik şəhərdir, Xəzər dənizi sahilindədir. Şəhərdə qədimi divarların gözəlliyini də görə bilərsiniz. Bu, həqiqətən də, sehrdir. Razılığa görə, əsasən orada yaşayacağam. Albaniyadakı kimi edə bilmərəm. Tiranadan İtaliyaya asanlıqla gedə bilirdim. Bakı ilə məsafə isə uzaqdır, İstanbula getməli, oradan Bakıya yollanmalısınız”.

De Byazi yığmadakı hədəflərdən də söz açıb: "AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yoldur. Çətin olacağını bilirik, amma əlimizdən gələni etməyə çalışacağıq".




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
“Azərbaycan futbolunu çox çətin il gözləyir“
12.08.2020
Çempionlar Liqasında 1/4 final mərhələsi başlayır
12.08.2020
Avropa Liqasında yarımfinalçılar bəlli olub-VIDEO
11.08.2020
Çempionlar Liqasının matçı koronavirusa görə təxirə salınıb
11.08.2020
“Real“ qapıçı ilə vidalaşdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info