Samuxda avtomobil yolu yenidən qurulur
Tarix: 13.07.2020 | Saat: 12:16:00 | E-mail | Çapa göndər


7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, bu 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.

Yenikənd-Poylu avtomobil yolu IV texniki dərəcəli olmaqla qara örtüklüdür. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlər arası istismar müddətini keçmişdir. Avtomobil yolunun torpaq yatağı deformasiyaya uğramış, yolda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun 14-26 km hissəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan atmosfer və suvarma sularının təsiri altında qalır. Bu səbəbdən örtükdə çoxlu sayda çalalar, çökmələr və gölməçələr əmələ gəlmişdir. Yolun torpaq yatağının yerin təbii relyefindən qaldırılmasına və yenidən təmir olunmasına ehtiyac yaranmışdır.

Layihə çərçivəsində mövcud örtüyün qazılaraq kənara daşınır, zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunur, zəruri olan yerlərdə yeniləri qurulur.

Belə ki, Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılır.

Anoloji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılır. Çınqıl və qara örtükdən ibarət avtomobil yolları uzun illər istismar olunduğundan örtük və torpaq yatağı aşınmaya məruz qalaraq yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır.

Hazırda mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, qruntun yayılaraq profilə salınması və kipləşdirilməsi işləri görülür. Torpaq yatağı hazır olan hissələrdə yol əsasının alt və üst layının tikintisi işləri görülür.

Sözügedən yollarda yerləşən suötürücü borular da uzun illər istismar olunduğundan boruların orta hissələri çökmüş, sukeçiricilik qabiliyyətin itirmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilir.

Yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində hazırda yollar boyu yol əsası hazır olan ərazilərdə əlaqələndirici bitum səpilməklə 230 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.

Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, zəruri yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək, avtobus dayanacaqları quraşdırılacaq.

Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.

Ümumilikdə bu layihə yol boyu yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
12.08.2020
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
12.08.2020
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyatı banklara göndərilib
12.08.2020
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
11.08.2020
Nazirlər Kabineti ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərarına dəyişiklik edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info