BDU-da onlayn elmi seminar keçirilib
Tarix: 13.07.2020 | Saat: 12:47:00 | E-mail | Çapa göndər



İyulun 13-də Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə "Neft-kimyəvi və üzvi sintezdə NMR (nüvə-maqnit rezonansı) metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib.
Seminar iştirakçılarını salamlayan BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov keçirilən onlayn elmi seminarların elmi-tədqiqat işlərinin onlayn formada davam etməsinə böyük töhfələr verdiyini bildirib.
Daha sonra Kimya fakültəsinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının müdiri, professor İbrahim Məmmədov "Neft-kimyəvi və üzvi sintezdə NMR (nüvə-maqnit rezonansı) metodunun rolu" təqdimatla çıxış edib. Təqdimatda 1945-cı ildə NMR üsulu amerika fizikləri E.Persell və Blox tərəfindən kəşf edilməsi, bu kəşfə görə onların 1952-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülməsi, NMR spektrləri, NMR spektroskopiyasının molekulyar sistem haqqında məlumat almağa imkan verməsi, kondensə olunmuş hallarda maddənin quruluşu və dinamikasının hesablanması, NMR üsulunun tibbdə, neft-kimya sənayesində tətbiqi, Bruker cihazı, molekullararası qarşılıqlı təsirlərin müəyyən edilməsi, biodizel istehsalı haqqında geniş məlumat verilib.
BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov məruzə ilə bağlı öz fikrini bildirərək karantin döründə keçirilən bu tip tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu bildirib.
Kİmya fakültəsinin dekanı Abdulsəyid Əzizov doktorantlar və tələbə-magistrantları gələcəkdə də bu tip seminarlarda aktiv iştiraka səsləyərək bildirib ki, fakültədə geniş elmi-tədqiqat işləri aparılır, bu işlərin nəticələri dünyanın bir çox nüfuzlu jurnallarında dərc edilir.
Disskusiya formasında davam edən elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
ADAU və “Aqro Dairy” MMC-nin rəhbərləri arasında növbəti onlayn müzakirə keçirilib
14.08.2020
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
14.08.2020
Təhsil Nazirliyi: Xaricdə distant təhsil alanların Azərbaycan məktəblərinə köçürülməsinə yol verilmir
14.08.2020
Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək
14.08.2020
Bu fənlər üzrə müəllim işləmək istəyənlər üçün imtahanların tarixləri açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info