“Azərbaycan əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək”
Tarix: 13.07.2020 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Bir neçə gün əvvəl Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğu ilə bağlı bütün dünyaya, xüsusi ilə işğalçı Ermənistana qətiyyətli mesaj vermişdi: “Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətlə söylədiyi fikirlərdən az keçmədi ki, Ermənistan öz əsl xislətini göstərdi. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdu.

Bəşəriyyətin koronavirus pandemiyası ilə mabarizə apardığı bu çətin dövrdə mənfur qonşuların sərhədlərimizi kobudcasına pozması işğalçı Ermənistanın avantürist hakimiyyətinin yarıtmaz siyasətini, faşizm ənənələrinə sadiqliklərini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının təcavüzkar Ermənistanı işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət etməsinə məhəl qoymayan təcavüzkar Ermənistan beynəlxalq səviyyədə götürdüyü öhdəliklərini kobud şəkildə pozmaraq işğalçı siyasətini durmadan həyata keçirir.
Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınması sözsüz ki, düşmənlərin yuxusunu qaçırıb. Məkrli siyasətindən, xudbin niyyətindən əl çəkməyən Ermənistan 2016-cı ilin Aprel, 2018-ci ilin may-iyun aylarında Naxçıvan döyüşlərində Azərbaycan xalqının öz torpaqlarının azad olunması uğrunda əzmini, ordumuzun gücünü nə tez unutdu?

Gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılı olan Ermənistanın rəhbərliyi niyə Azərbaycanın müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, ruh yüksəkliyinə malik ordusunun olduğunu yaddan çıxarır?
Gözü qonşusunun torpağında olan düşmənlərə bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad ediləcək, üçrəngli bayrağımız Şuşada, Xankəndində, bütövlükdə Qarabağda, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında dalğalanacaq.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
13.08.2020
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO
13.08.2020
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.08.2020
Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb
13.08.2020
Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info