“Azadlıq” qəzetinin növbəti saxtakarlığı
Tarix: 24.10.2013 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Qəzetin “Gallup” və “CNN”in adından yalan xəbər yaydığı ortaya çıxdı

“Rəy” Monitorinq Mərkəzi müxalifyönlü mətbuatda “milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin beynəlxalq təşkilatlar tərəfindən apardığı sorğu nəticəsində qalib gəldiyini iddia etməsini “absurd” adlandırıb.
“Rəy” Monitorinq Mərkəzinin məsləhətçisi, sosioloq Əli Əliyev bildirib ki, müxalifətin fikrini bildirməsi normaldır: “Amma bu fikir həqiqətə söykənməlidir. Oktyabrın 8-də - seçki məntəqələrinin açılmasına 10 saat qalmış “Azadlıq” qəzeti öz veb-saytında “Cəmil Həsənli beynəlxalq sorğularda qalib gəldi” sərlövhəli xəbər dərc edib. Qəzetin yazdığına görə, “Gallup” və “CNN” guya Azərbaycanda ictimai rəy sorğusu keçirib və hər iki sorğuda “milli şura”nın namizədi Cəmil Həsənli lider kimi göstərilib. Biz buna şübhə ilə yanaşdıq və araşdırmalara başladıq. Məlum oldu ki, “CNN”in saytında Azərbaycanda keçirilən seçkilərlə bağlı dərc olunan yeganə sorğu “Rəy” Monitorinq Mərkəzinin sentyabrın 22-də keçirdiyi tədqiqatın nəticəsidir.

“Onlar bu xəbəri qəzetin veb-saytına
yerləşdirməklə kifayətləniblər, satışa çıxardıqları
kağız variantda yaymaqdan çəkiniblər”


Həmin sorğuda da respondentlərin 81,2 faizi İlham Əliyevə səs verəcəyini bildirib. Biz “Gallup”a da sorğu göndərdik. Təşkilatın mətbuat xidmətinin rəhbəri Stefani Holqado sorğuya cavabında bildirib ki, onun təmsil etdiyi qurum Azərbaycandakı prezident seçkiləri ilə bağlı heç bir sorğu keçirməyib”. Ə. Əliyev əlavə edib ki, araşdırma nəticəsində “Azadlıq” qəzetinin iki nüfuzlu beynəlxalq strukturun adından yalan xəbər yaydığı ortaya çıxıb: “Onlar bu xəbəri qəzetin veb-saytına yerləşdirməklə kifayətləniblər, satışa çıxardıqları kağız variantda yaymaqdan çəkiniblər”. “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə bildirib ki, “Gallup” və CNN-nin Azərbaycanda ictimai rəy sorğusu keçirdiyi və hər iki sorğuda “milli şura”nın namizədi Cəmil Həsənli lider kimi göstərildiyi barədə məlumat “Facebook” sosial şəbəkəsindən götürülüb: “Bu məlumatın “Faceboook” sosial şəbəkəsində hansı səhifədən götürüldüyü isə dəqiq yadımda deyil”. “Azadlıq” qəzetinin bununla bağlı təkzib verib-verməyəcəyinə gəlincə, R.Hacıyev bildirib ki, araşdırdıqdan sonra məsələyə münasibət bildirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info