Prezident: Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq
Tarix: 13.07.2020 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.


Dövlət başçısı bildirib:

"Beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.
Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik".




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
14.08.2020
Məğlubiyyətdən doğan isterika: Ermənistandan sərsəm Gəncə bəyanatı
14.08.2020
“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqləndi
14.08.2020
Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində sərsəm fikirlərlə növbəti dəfə özünü biabır etdi
14.08.2020
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info