Cəzasız qalan Ermənistan bundan ruhlanaraq yeni-yeni hərbi cinayətlər törətməkdədir
Tarix: 13.07.2020 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Törətdiyi cinayətlərə görə cəzasız qalan Ermənistan bundan ruhlanaraq yeni-yeni hərbi cinayətlər törətməkdədir.
Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışlar.

A.Səfixanlı əlavə edib ku, bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlər, o cümlədən Cenevrə konvensiyaları kobud şəkildə pozulmaqdadır.

Beynəlxalq münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olduğu halda Ermənistan buna saymazyana münasibət göstərərək, digər suveren dövlətin ərazisini işğal etmiş və bu siyasəti davam etdirməkdədir.

Halbuki BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən BMT üzvünə qarşı edilən təcavüzün qarşısı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dərhal və qətiyyətlə alınmalıdır:"Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətinin keyfiyyət əmsalı da sıfıra bərabərdir.

Ermənistan öz işğalçılıq siyasətini davam etdirdiyi halda, Azərbaycan vətəndaşlarının beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları pozulduğu halda, bütün bunlara beynəlxalq birlik və münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri susqunluq nümayiş etdirdikdə, bəs Azərbaycan nə etməlidir?

Təbii ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atmalı, təcavüzkara törətdiyi cinayətə görə layiqli cəzasını verməlidir.

Aprel döyüşləri zamanı və artıq dünəndən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək işğalçının layiqli cəzasını verməkdədir. Bu, Azərbaycanın təbii haqqıdır".




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
14.08.2020
Məğlubiyyətdən doğan isterika: Ermənistandan sərsəm Gəncə bəyanatı
14.08.2020
“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqləndi
14.08.2020
Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində sərsəm fikirlərlə növbəti dəfə özünü biabır etdi
14.08.2020
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info