“Azərbaycan Prezidenti kuboku” beynəlxalq KVN turniri keçirilib
Tarix: 24.10.2013 | Saat: 14:08:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun (KVN) yüksək liqasının ən yaxşı komandalarının iştirakı ilə "Azərbaycan Prezidenti Kuboku" beynəlxalq turniri keçirilib. Turnirin açılış mərasimində çıxış edən KVN-nin Azərbaycan liqasının rəhbəri Anar Sultanov "Azərbaycan Prezidenti kuboku" beynəlxalq turnirinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra səhnəyə "AMİK" Televiziya Yaradıcılıq Birliyinin və "KVN" Beynəlxalq Birliyinin prezidenti Aleksandr Vasilyeviç Maslyakov çıxıb. O, Bakıda 18 il əvvəl olduğunu və şəhərin çox gözəlləşdiyini bildirib və iştirakçılara uğurlar arzulayıb.
Tamaşaçılara Azərbaycanda KVN hərəkatının inkişafı, bir vaxtlar Yuli Qusman və Anar Məmmədxanovun rəhbərlik etdiyi "Parni iz Baku" komandasının uğurları və iki qələbəsi barədə videoçarx təqdim edilib. Yeri gəlmişkən, müxtəlif nəsillərdən olan komandaların üzvləri də qonaqlar arasında olub.
Turnirdə "Rəislər", (İrkutsk), "Dnepr" (Dnepropetrovsk vilayətinin yığması), "Parapaparam" (MDBƏİ, Moskva), Bakı Yığması (Azərbaycan), KVN üzrə Kamızyak diyarının yığması (Həştərxan), Triod və Diod (Smolensk) komandaları çıxış ediblər.
Turnirin sonunda bütün komandalara münsiflər tərəfindən kuboklar verilib, əsas mükafat - Azərbaycan Prezidentinin kuboku isə Aleksandr Maslyakova təqdim edilib.
Tədbir KVN-nin Azərbaycan liqası, Gənclər və İdman Nazirliyi və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən təşkil edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info