Paşinyanın belə təxribatlarla ölkədəki dərin böhranı aradan qaldırmaq cəhdi hər hansı bir nəticə verməyəcək
Tarix: 13.07.2020 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Biz dünən bir daha işğalçı və təcavüzkar Ermənistanın mənfur və faşist mahiyyətini ortaya qoyduğunun şahidi olduq. Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat törədiblər:

“Bu təxribatı törətməklə Paşinyanın diktatrura rejimi ölkədə yaranmış dərin böhrandan əhalinin diqqətini yayındırmağa çalışır.

Bildiyiniz kimi regionun ən güclü ordusu olan və eyni zamanda dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu düşmənin təxribatına qarşı adekvat əks tədbirlər həyata keçirib və bu tədbirlər nəticəsində düşmən ciddi canlı qüvvə və hərbi texnika itkisinə məruz qalaraq geri otuzdurulub”.

Deputat vurğulayıb ki, Paşinyanın diktatura rejiminin Ermənistanda yaratdığı ciddi böhran vəziyyəti əhalinin hakimiyyətə olan inamının itməsinə səbəb olub:

“Ölkədə çox ciddi sosial-iqtisadi problemlər mövcuddur, korrupsiya baş alıb gedir, eyni zamanda koronavirusla mübarizədə ciddi problemlər yaşanır. Bildiyiniz kimi regionda pandemiya sahəsində ən ciddi və mürəkkəb vəziyyət də məhz Ermənistandadır. İnsan hüquqları və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi də Paşinyanın xunta hakimiyyətini çox mürkkəb duruma salıb.

“Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Tsarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Tsarukyanın həbsindən sonra ölkədə müxalifətin ciddi birləşməsi prosesi gedir və parlamentin özündə də fraksiyalar Paşinyana qarşı birləşir. Paşinyan belə bir vəziyyətdən çıxış yolunu məhz xarici amildə gördü və Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat törətməklə əhalinin diqqətini bu məsələyə yönəltməyə çalışır.

Ancaq hesab edirəm ki, Paşinyanın belə təxribatlarla ölkə daxilində yaranmış dərin böhran vəziyyətini aradan qaldırmaq cəhdi hər hansı bir nəticə verməyəcək. Çünki ölkədə vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir.

Bu təxribat nəticəsində şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyirəm, yaralanmış hərbçilərimizin isə tezliklə sağalmalarını arzu edirəm”.




 
Bölməyə aid digər xəbərlər
15.08.2020
ATƏT-in Minsk Qrupunun fəaliyyətinə yenidən baxılmalıdır - Deputat
15.08.2020
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib
15.08.2020
Həmsədrlərin Ermənistanın qanunsuz fəaliyyətinə münasibət bildirməsi üçün kifayət qədər əsaslar var
15.08.2020
“Məktəblərlə bağlı yekdil qərar barədə danışmaq hələ çox tezdir“
15.08.2020
Kafe və restoranlarda qəlyan çəkməyə və 6 nəfərdən artıq toplaşmağa icazə verilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
2 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
3 Toyuqlu arpa əriştəli plov -VİDEO
4 Hikmət Hacıyev: “Qanunsuz rejimi “azad ölkə” kimi tanıyan Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası danışıqlara vurulmuş ağır zərbədir”
5 Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info