“COVID-19 üçün nanoterapevtik strategiyalar və gələcək perspektiv“
Tarix: 13.07.2020 | Saat: 19:22:00 | E-mail | Çapa göndər



İyulun 13-də Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları “COVID-19 üçün nanoterapevtik strategiyalar və gələcək perspektiv“ mövzusunda onlayn elmi seminar keçirilib.
Moderator, BDU-nun elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov seminar iştirakçılarını salamlayaraq professor Aziz Eftekharinin elmi fəaliyyəti haqqında məlumat verərək hazırkı çətin şəraitdə belə seminarların, ustad dərslərinin keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.
“COVID-19 üçün nanoterapevtik strategiyalar və gələcək perspektiv“ mövzusunda təqdimatla çıxış edən İran İslam Respublikasının Marağa Universitetinin professoru Aziz Eftekhari COVID-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, koronavirusların MERS və SARS növləri, eyni zamanda vaksinlərin hazırlanması, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib.
Alimin koronavirus epidemiyasının müxtəlif ölkələrdə oxşar cəhətləri və ona qarşı təxirəsalınmaz müdaxilə tədbirlərinə həsr olunan çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Virtual seminara qoşulan BDU-nun rektoru Elçin Babayev bu tip maarifləndirici seminarların keçirilmə əhəmiyyətindən söz açaraq Marağa Universitetinin professoru Aziz Eftekhariyə uğurlar arzulayıb. Qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışan rektor əlavə edib ki, universitetdə multidissiplinar tədqiqatlara üstünlük vermək, onları daim diqqətdə saxlamaq lazımdır.
Microsoft Teams platforması üzərindən təşkil olunmuş elmi seminar iştirakçıların böyük marağına səbəb olub.
Onlayn seminar sualların cavablandırılması ilə yekunlaşıb.






 
Bölməyə aid digər xəbərlər
15.08.2020
II və III ixtisas qrupları üzrə test tapşırıqlarının düzgün cavabları açıqlanıb
14.08.2020
ADAU və “Aqro Dairy” MMC-nin rəhbərləri arasında növbəti onlayn müzakirə keçirilib
14.08.2020
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
14.08.2020
Təhsil Nazirliyi: Xaricdə distant təhsil alanların Azərbaycan məktəblərinə köçürülməsinə yol verilmir
14.08.2020
Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
2 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
3 Hikmət Hacıyev: “Qanunsuz rejimi “azad ölkə” kimi tanıyan Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası danışıqlara vurulmuş ağır zərbədir”
4 Toyuqlu arpa əriştəli plov -VİDEO
5 Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info