BMT TŞ-də Azərbaycanın sədrliyi ilə açıq müzakirə keçirilib
Tarix: 24.10.2013 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


BMT Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərq mövzusunda açıq müzakirələr keçirilib. İclasda BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman Yaxın Şərq sülh prosesində baş verən yeniliklər barədə məlumat verib, Fələstin, İsrail və Təhlükəsizlik Şurasının 15 üzvü də daxil olmaqla 60-a yaxın dövlətin nümayəndəsi çıxış edib. Müzakirələr zamanı İsrail-Fələstin danışıqlarının davam etməsinin vacibliyi vurğulanıb, Suriyada davam edən münaqişənin bütün region üçün təhdid törətdiyi və problemin dialoq yolu ilə siyasi həllinə nail olunmasında ikinci Cenevrə görüşünün keçirilməsinin önəmi qeyd edilib. İclasa sədrlik edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev çıxış edərək bildirib ki, Yaxın Şərq sülh prosesində real nəticələrin əldə edilməsi üçün tərəflər danışıqlar prosesinə sadiq qalmalıdırlar. Uğur əldə olunması üçün bu proses BMT Nizamnaməsində əksini tapmış müvafiq normativ standartlara və beynəlxalq hüquqa uyğun şəkildə aparılmalıdır.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info