“Ermənistanın Tovuza hücumu həm də İlham Əliyevin Qarabağ münqişəsinin həlli ilə bağlı uğurlu fəaliyyətinə zərbə vurmaq cəhdləridir“
Tarix: 13.07.2020 | Saat: 22:11:00 | E-mail | Çapa göndər



"Ermənistanın növbəti təxribatı ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uğurlu fəaliyyətinə xələl gətirməkdir".


APA-nın yerli bürosuna Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi müşaviri, istefada olan general-mayor Yücel Karauz erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətində silahlı hücumlarına mövqeyini bildirərkən belə deyib.
Y.Karauz bildirib ki, Ermənistanın Dağlıq Qarabağ bölgəsinə deyil, cəbhə bölgəsindən kənarda olan Tovuz rayonuna hücum etməsi növbəti təxribatıdır: "Bu dəfə də Azərbaycanın hərbi mövqeləri ilə yanaşı, dinc insanlara da hücum edib və Azərbaycan bu haqsız hücumları layiqincə cavablandırıb, Ermənistan tərəf böyük itkilər verib. Ermənistanın bu addmında həm də iki ölkə arasında münaqişənin yalnız Qarabağla sərhəd olmayan bölgələrdə də baş verdiyi təəssüratını yaratmaq hiyləsi var".
General-mayor deyib ki, Ermənistan Türkiyənin keçən həftə Ayasofya məbədi ilə bağlı prinsipial mövqeyinin beynəlxalq aləmdə yaratdığı reaksiyadan da sui-istifadə edib: "Qardaş Azərbaycana hücum etməklə Türkiyəyə də "mövqeyini" bildirmək istəyib. Ermənistan yenə də imperial güclərin maşasıdır".
Y.Karauz BMT və ATƏT-in Minsk Qrupunun Ermənistanın Azərbaycana təcavüzünə yumşaq mövqeyini də qınayıb: "Ermənistan illərdir ki, etdiyi qanunsuz hərəkətlərini ört-basdır etmək üçün beynəlxalq ictimaiyyəti öz xeyrinə fəallaşdırmaq cəhdindədir, Azərbaycanı işğal etməsinə "qanuni" don geyindirməkdədir. Bu beynəlxalq təşkilatlar Dağlıq Qarabağdakı qanunsuz seçkilərin keçirilməsinə, işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin məskunlaşmasına laqeyd qalaraq, səs çıxarmırlar. ATƏT-in Minsk Qrupu həmsədlərinin "Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil" bəyanatı Ermənistanı daha da cəsarətləndirdi. Eyni zamanda Ermənistanın Dağlıq Qarabağı üçüncü dövlət olaraq tanıtmaq və bu münaqişədə danışıqlar masasına üçüncü dövlət kimi oturtmaq cəhdləri var".
Hərbçi qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistan çirkin məqsədinə çatmayacaq, çünki Ermənistanda da xalq müharibə istəmir və dövlətin xalq arasında etimadı qalmayıb: "Beynəlxalq aləm keçən həftə İlham Əliyevin çıxışını dinləsəydi, bu hadisələr də baş verməzdi. Birləşmiş Millətlər Təşkilatının qərarlarında qeyd olunduğu kimi, Ermənistan Azərbaycan torpaqlarının qanunsuz və ədalətsiz işğalına son qoymalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Borclu şəxslərlə bağlı notariat hərəkətləri barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək - QANUN TƏSDİQLƏNDİ
10.08.2020
Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi - FƏRMAN
10.08.2020
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edildi
10.08.2020
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
10.08.2020
Konstitusiya Məhkəməsinin Plenumu əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info