Azərbaycanın İT şirkətləri kompyüter piratçılığına qarşı bəyənnamə imzalayıblar
Tarix: 24.10.2013 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın “Bakinity”, “BestComp Group” və “Bestel” şirkətləri “Əqli mülkiyyət hüquqlarının qorunması Bəyənnaməsi”ni imzalayıblar. Bu Bəyənnaməyə əsasən, şirkətlər sifarişçiləri və müştəriləri yalnız lisenziyalı proqram məhsullarla təchiz etməlidir, lisenziyasız proqram təminatının yayılması və istifadəsi isə qanunsuz və şirkətlərin əqli mülkiyyət hüquqlarının pozulması kimi hesab olunur.
“Kompyüter piratçılığı iqtisadiyyatı daha zəif, onun inkişafına və yeni iş yerlərinin açılmasına maneə yaratmasını nəzərə alsaq, piratçılığın səviyyəsinin azaldılması və lisenziyalı proqram təminatının istifadəsi yalnız düzgün seçim deyil, həmçinin milli iqtisadiyyatın artımının vacib amillərindəndir. Bütövlükdə, piratçılığın qarşısının alınması “Microsoft”un prioritet istiqamətlərindən biridir”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.
"Əqli mülkiyyət hüquqlarının qorunması yerli kompüter avadanlığı və proqram təminatı bazarının inkişafına yol açacaq və ümumiyyətlə ölkənin iqtisadiyyatının inkişafına müsbət təsir edəcək", - deyə “Bakinity” şirkətinin baş direktoru Eldar Qəmbərov vurğulayıb.
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən İT şirkətlər kompüter piratçılığının ölkəyə vurduğu ziyanı dərk edərək, saxta məhsulların yayımı və istifadəsinə açıq şəkildə qarşı çıxırlar. Bu addım informasiya texnologiyaları bazarının və ümumiyyətlə iqtisadiyyatın inkişafına yol açacaq. “Bakinity”, “BestComp Group” və “Bestel” şirkətləri tərəfindən sözügedən Bəyənnamənin imzalanması müəllif hüquqlarına hörmət edən digər şirkətlərə nümunə olacaq və ölkədə piratçıılq probleminin həllində əsas rol oynayacaq.
IDC və BSA-nın tədqiqatına əsasən, Azərbaycanda kompyüter piratçılığı təhlükəli səviyyədədir və 87% təşkil edir. Bu yaxınlarda BSA və INSEAD tərəfindən aparılan birgə tədqiqat onu göstərib ki, lisenziyalı proqram təminatı bazarının artımı saxta proqram təminatı bazarının həcminin analoji artması ilə müqayisədə Azərbaycan iqtisadiyyatına daha müsbət təsir göstərəcək. Lisenziyalı proqram təminatı bazarının 1% artması milli istehsalın 38 mln. ABŞ dolları artmasına gətirib çıxaracaq. Halbuki, saxta proqram təminatı bazarının analoji artımı milli istehsalın cəmi 19 mln. dollar artmasını təmin edir. Göründüyü kimi, lisenziyalı proqram təminatı bazarının 1%-lik inkişafı əlavə 19 mln. dollar iqtisadi mənfəətin əldə olunmasını təmin edə bilər. Bununla yanaşı, Azərbaycanda lisenziyalı proqram təminatına yatırılan hər əlavə 1 dollar 380 dollar həcmində investisiyanın geri qaytarılmasına (ROI) və ÜDM-in artmasının stimullaşdırılmasına səbəb olur. Müqayisə üçün, pirat proqram təminatında bu rəqəm 28 dollara bərabərdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info