Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır
Tarix: 13.07.2020 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edir.
Trend-in məlumatına görə, Ukrayna XİN-in bu barədə yaydığı bəyanatda deyilir:
"Münaqişə tərəflərini vəziyyətin deskalasiyası və münaqişənin həlli yollarını hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayı qətnamələri əsasında axtarışın davam etməsi üçün maksimal səy göstərməyə çağırırıq".

Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğunu bildirib.
Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar. Görülən müvafiq cavab tədbirləri nəticəsində düşmən itkilər verərək susdurulub.




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Rusiyada koronavirusdan ölənlərin sayı 15 min nəfəri keçdi
10.08.2020
Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb
09.08.2020
Belarus MSK ilkin nəticələri açıqlayıb
09.08.2020
“Niva“ da dörd nəfər yanıb
09.08.2020
Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info