Xarici ölkələrin QHT-ləri üzrə qrant müsabiqəsinə yekun vurulub
Tarix: 24.10.2013 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuradan verilən xəbərə görə, toplantıda şuranın xarici ölkələrin QHT-ləri üçün elan etdiyi maliyyə müsabiqəsinin yekunları, 2013-cü ilin 3-cü rübündəki fəaliyyəti barədə hesabat və cari məsələlər müzakirə edilib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov xarici QHT-lərin layihələri haqqında məlumat verərək bildirib ki, müsabiqəyə 15 ölkədən 91 layihə təklifi daxil olub. Bunlardan 48-i ilk araşdırmalardan sonra 2-ci tura keçib. Daxil olan tam layihə təklifləri şuranın və beynəlxalq ekspertlərin iştirakı ilə araşdırılıb və bunlardan 31-i haqqında müsbət rəy bildirilib. Şura üzvləri gündəlikdə duran məsələlərə münasibət bildirib, onların qəbul olunmasını məqsədəuyğun hesab etdiklərini qeyd edərək 31 layihənin maliyyələşdirilməsini qərara alıblar. İclasda şuranın fəaliyyətinə dair bir sıra məsələlər, o cümlədən 2014-cü il maliyyə müsabiqəsi şərtlərinə QHT-lərin Ədliyyə Nazirliyindən dövlət qeydiyyatı haqqında reyestrdən çıxarış və sonuncu maliyyə ili fəaliyyəti haqqında məlumat verməsinin əlavə edilməsi qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info