Ödənişsiz prodüser kurslarına sənəd qəbulu başlayıb
Tarix: 24.10.2013 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Gənclər Fondunun maliyyə dəstəyi ilə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi “Gənc kinematoqraf - kinoda kadr hazırlığına dəstək” layihəsinin icrasına başlayıb. Mərkəzin rəhbəri Fehruz Şamıyev bildirib ki, layihə çərçivəsində kino və televiziya prodüseri ixtisası üzrə üç aylıq ödənişsiz kurslar təşkil olunacaq. F.Şamiyev deyib: “Apardığımız kiçik sorğulardan belə nəticəyə gəldik ki, audiovizual sahədə prodüser üzrə kadrlar demək olar yox dərəcəsindədir. Regionlarda, xüsusilə regional televiziyalarda da bu, ən başlıca problemdir. Audiovizual sahə daha çox Bakıda yaşayan gənclərin marağındadır. Amma unutmaq olmaz ki, regionlarda da prodüser, eləcə də digər bu kimi ixtisaslar üzrə istedadlı gənclər vardır. Gözəl hadisələr uydurmağı, maraqlı hekayələr yazmağı hətta ucqar dağ kəndində yaşayan hansısa gənc də bacara bilər. Sadəcə o, məhz bu sahədə savadsız və məlumatsız olduğu üçün öz istedadını lazımı yerlərə təqdim edə bilmir. Düşünürəm ki, bu layihə belə gənclərə öz istedadlarını nümayiş etdirməyə imkan yaradacaq”. Lənkəran və Bakı şəhərlərində yaşayan və kurslarda iştirak etmək istəyən hər kəs öz CV-sini oktyabrın 30-dək “ozfilmproducer@gmail.com” ünvanına göndərə bilər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info