Canni Azərbaycan üçün əla seçimdir
Tarix: 15.07.2020 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Aqolli Azərbaycanda işləmək variantından danışdı

“Qarabağ”ın albaniyalı sabiq futbolçusu Ansi Aqolli müsahibə verib.
Qol.az xəbər verir ki, hazırda ABŞ-ın “Nyu-York Kosmos" klubunda çıxış edən 37 yaşlı müdafiəçi Canni De Byazinin millimizə baş məşqçi təyin edilməsinə münasibət bildirib, italiyalı mütəxəssisin köməkçisi olacağı ilə bağlı iddialara aydınlıq gətirib və gələcək planlarından danışıb.

- Canni De Byazi Azərbaycan millisinə baş məşqçi təyin edildi. Bu haqda nə düşünürsünüz?


- Bu xəbər məni təəccübləndirmir. Sadəcə, pandemiya şəraitində Azərbaycana necə gedəcəyini düşünürəm.

- İstanbuldan xüsusi reyslər var.


- Anladım.

- De Byazi haqqında fikriləriniz necədir?


- Bir müddət əvvəl onunla danışmışam, O vaxtdan indiyə qədər çox dəyişdiyini düşünmürəm (gülür). Əslində Canni Azərbaycan üçün əla seçimdir. Çox yaxşı bir məşqçi və işini çox yaxşı bilən bir insandır. Ona inanın.

- De Byazi Azərbaycan millisi ilə uğur qazana bilərmi?

- Sizə deyim ki, adi mütəxəssis deyil. Xüsusilə sözdə kiçik komandalar üçün. Çox çalışqandır. Hələ də işə acdır.

- Albaniyada Azərbaycanı səndən daha yaxşı tanıyan yoxdur. De Byazi sizə köməkçisi olmağı təklif edərsə, qəbul edərsinizmi?

- Hələ bilmirəm. “Nyu York Kosmos”la yeni müqavilə bağlamışam. Həm də, sentyabr ayında öz akademiyamı açmağı planlaşdırıram. Hazırda mənim üçün bir çox öhdəlik dövrüdür.

- De Byazinin rəhbərliyi altında 6 il Albaniya millisində oynamısan. Hansı xüsusiyyətini qeyd edərdin?

- İşdə məsuliyyətli bir insandır və düzgünlüyü sevən bir məşqçidir. Bir daha təkrar edirəm ki, AFFA-nın De Byaziyə etimad göstərməsi heç də təəccüblü deyil.

- De Byazi beş ildən az bir müddətdə Albaniyanı Avropa çempionatına aparmağı bacardı. Sizcə, Azərbaycan millisi ilə də buna nail olacaqmı?

- Təsnifat baxımından proqnoz vermək indi çətindir. Xüsusilə bu pandemiya dövründə. Ancaq təkrar edirəm ki, Canni Azərbaycan millisi kimi komandalarla əla işləyir.

- De Byazi Albaniya yığmasına rəhbərlik etdiyi dövrdə millinin xaricdə oynayan çox üzvü var idi. O, Azərbaycanda nə tapacaq?


- Azərbaycanda "Qarabağ" və "Neftçi" komandalarından millidə oynamaq nə demək olduğunu bilən futbolçular var. Albaniya millisi 2016-cı ildə Avropa çempionatında oynayarkən bizdə də xüsusi bir ulduz futbolçu yox idi. Amma özümüzə inanırdıq. Düşünürəm ki, belə oyunçular Azərbaycanda da var. Bu, komandanı böyük bir turnirin finalına çıxarmaq üçün kifayət edə bilər (azerisport.com).




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
“Made in Azerbaijan” brendinin təşviqində xanımların rolunun artırılmasını düşünürük
31.07.2020
“Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
28.07.2020
“Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
27.07.2020
“Dünya azərbaycanlılarının milli birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması önəmlidir“
27.07.2020
Öyrənmək, inkişaf etmək, cəmiyyət üçün faydalı bir fərd olmaq üçün təhsil almağı vacib bilmişəm

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info