Bəhruz Quliyev: Ordumuz barədə yalan məlumatlar yaymaq dövlətimizə və millətimizə xəyanətdir
Tarix: 15.07.2020 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


İşğalçı və təcavüzkar Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatda şanlı Ordumuz layiqli cavab verdi və bundan sonra da verəcək. Lakin diqqət çəkən daha bir məqam bu oldu ki, iyulun 14-15- də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya xalqımızda, cəmiyyətimizdə vətənpərvəlik ruhunun nə qədər yüksək olduğunu bir daha sübuta yetirdi.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, xüsusilə gənclərin bu aksiyada fəallığı, Silahlı Qüvvələrimizin tərkibinə qatılaraq düşmənlə döyüşmək istəyi bizləri sevindirir və qürurlandırır.

“Söz yox ki, belə bir məqamda ümumxalq maraqlarından çıxış etmək, əsl vətənpərvərlik nümayiş etdirmək hər kəsin haqqıdır”, deyən siyasi ekspert digər bir məqama da toxunaraq bildirib ki, bu kütləni başqa istiqamətə yönəltmək cəhdi missionerlikdir və aksiyanın ahənginə uyğun deyildi: “Təəssüf ki, hər birimizin fəxrlə izlədiyimiz bu aksiyada vətənpərvərlik adı altında kirli əməllərə rəvac verənlər də tapıldı və əlbəttə ki, belə hallar qətiyyən yolverilməzdir. Baxın, bir sıra müxalifət partiyalarının liderləri dərhal siyasi fəaliyyətlərini dondurduqlarını, dövlətin, hakimiyyətin, xüsusilə də Ali Baş Komandanın ətrafında birləşdiklərini, artıq siyasətçi deyil, bir əsgər olduqlarını, əmr gözlədiklərini bəyan etdilər. Söz yox ki, bu vətəndaşın qəlbinin dərinliyində olan Vətən sevgisindən, dövlətə bağlılığından irəli gələn real hisslərdir. Ancaq bu vəziyyətdə cibində Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini daşıyanların hadisələri məhz xarici missioner kimi təxribat törətmək cəhdləri üzə çıxarkən, artıq belə qənaətə gəlmək lazımdır ki, belələrinin – təxribatçıların və xaos marağında olanların vətəndaşlıqlarını təsdiq edən sənədi ciblərində gəzdirməyə haqları yoxdur. Çünki sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatların yayılması, bir sıra maraqlı qruplar tərəfindən təxribatçılıq cəhdlərinin realizəsi bilavasitə Ordumuza, dövlətimizə, xalqımıza, millətimizə olan xəyanətdir”.

“Bu cür fərdlər hər zaman olublar və biz 90-cı illərin əvvəllərində cərəyan edən olayları, anarxiya və özbaşınalıqları xatırlayarsaq, iyulun 14-15-də də həmin hadisələri yenidən yaşatmağa səy göstərənlərin aksiyaçıların içinə sirayət etdiklərini deyə bilərik”, deyən Bəhruz Quliyev əlavə edib ki, məhz milli birlik, həmrəylik sayəsində belə ünsürlərin qarşısı alınır, bundan sonra da alınacaq: “Azərbaycan xalqının sarsılmaz iradəsi, gücü və mübarizə ruhu əbədidir. Pozuculuq edənlər də bunu yaxşı bilirlər və ona görə də, hər bir vətəndaş, hər bir ictimai, siyasi və s. sahələrdə fəaliyyət göstərən xadimlərimiz onlara qarşı sərt, kəskin fikirlərini səsləndirməli, ifşa etməlidirlər. Çünki Azərbaycan xalqı həm də nizamlı, intizamlı xalqdır və biz bunu yaxın tarixlərdə də görmüşük. Bu nizamı pozmağa çalışanların hüquqi qiymət alacaqlarına da kimsə şübhə etməməlidir. Belə bir həssas məqamda qeyd edilən addımlara rəvac verənlər xalqımız tərəfindən də şiddətlə qınanılır. Ona görə də hesab edirəm ki, yağı düşmənin əlinə hər hansı bir imkanı vermək ən böyük xəyanət, ən böyük cinayətdir. Biz bundan sonra da həmrəylik, birlik və ümumxalq maraqlarından çıxış edərək, Ali Baş Komandanımızın, Ordumuzun, müqəddəs dövlətçilik maraqlarımızın ətrafında daha sıx birləşəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Hikmət Hacıyev: Orta məktəblərin açılması məsələsinə baxılır
03.08.2020
BNA-dan xəbərdarlıq: Karantin qaydalarını pozan daşıyıcılar barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq
03.08.2020
DİM: Rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir
03.08.2020
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu UFC prezidentinə etiraz məktubu göndərib
03.08.2020
Ermənistanda orduya muzdlular cəlb edilir, Azərbaycanda isə minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info