Əhliman Əmiraslanov: Xalq dövlət başçısının siyasətini dəstəkləyir
Tarix: 15.07.2020 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ötən gün baş verən hadisələrə münasibətini bildirib.

Trend-in məlumatına görə, akademik qeyd edib ki: “ Ötən gecə minlərlə insan paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna, Ali Baş Komandana, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirmişlər. Dəstək aksiyaları Xırdalanda, Sumqayıtda və ölkəmizin digər bölgələrində də keçirilmişdir. Bu onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Xalq-Ordu vəhdəti sarsılmazdır. Xalq dövlət başçısının siyasətini dəstəkləyir.

Bununla belə, bir qrup insan vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışmışdır. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməmiş, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni Milli Məclisin binasına daxil olmuş və binaya zərər vurmuşlar. Bu zaman jurnalistlərə qarşı zorakılıq edilmişdir. Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışmışlar.

Dövlətimiz belə təxribatların qarşısını qətiyyətlə alacaq, təxribatçılar və beşinci kolonun nümayəndələri müəyyənləşdiriləcək və hüquq müstəvisində cəzalarını alacaqlar. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətidir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik”.




 
Bölməyə aid digər xəbərlər
03.08.2020
Hikmət Hacıyev: Orta məktəblərin açılması məsələsinə baxılır
03.08.2020
BNA-dan xəbərdarlıq: Karantin qaydalarını pozan daşıyıcılar barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq
03.08.2020
DİM: Rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə də icazə verilir
03.08.2020
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu UFC prezidentinə etiraz məktubu göndərib
03.08.2020
Ermənistanda orduya muzdlular cəlb edilir, Azərbaycanda isə minlərlə gənc könüllü olaraq ordu sıralarına yazılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Leyla Abdullayeva: Təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir
2 “Ən böyük istəyim xaricdə yaşayan azərbaycanlı həkimlərin birgə cəmiyyətini yaratmaqdır“
3 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
4 Manqal salatı-VIDEO
5 Turizm şirkətləri hələlik müştərilərinə aviabilet sata bilmirlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info