Cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb
Tarix: 16.07.2020 | Saat: 10:23:00 | E-mail | Çapa göndər


Biz kölgə iqtisadiyyatının həcmini ölçərkən dövriyyələrə fikir veririk - xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8 faiz artıb. Halbuki dövr ərzində qeyri-neft ÜDM-i 2,1 azalıb.

Trend-in məlumatına görə, bunu iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir. Qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri fəaliyyət sahələri üzrə aşağıdakı kimi olub: sənayedə 3,2 faiz, ticarətdə 6 faiz, o cümlədən pərakəndə ticarətdə 15,3 faiz. Halbuki biz pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7 faiz azalmasını, hətta ictimai iaşədə 36,8 faiz azalma nəzərə alırıq, amma rəsmiləşən dövriyyədə 5,3 faiz artımı qeydiyyatdan keçiririk. Tikinti sektorunda 2,9 faiz artım dövriyyələri rəsmiləşməsində, halbuki 14,1 faiz azalma neft kontraktları nəzərə alınmadan və bir sıra digər sahələrdə:
"Digər bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8 faiz artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artıb ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir".




 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Azərbaycan istehsalı olan ikinci tanker inşasının növbəti mərhələsi üçün suya salınıb - VİDEO
06.08.2020
Yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb
06.08.2020
Tovuzda tütün qurutma müəssisəsi fəaliyyətə başlayıb
06.08.2020
Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
06.08.2020
AZSIĞORTA xalis mənfəətini 36% artırıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info