Ermənistan məhkəmələrini ifşa edəcək gizli sənədlər ABŞ-ın əlinə keçib
Tarix: 24.10.2013 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Məxfi sənədləri ABŞ-a qaçan erməni hakim FTB-yə verib

Ermənistanda dövlət məmurlarının dəfələrlə ölkəyə və ümumilikdə xalqa xəyanət etmələrinin şahidi olmuşuq. Müəyyən maraqların müqabilində istənilən məxfi sənədləri ölkə xaricinə çıxaran məmurlardan biri də bu günlərdə ilginc bir addım atıb. Belə ki, sabiq məhkəmə hakimlərindən biri ABŞ-a gedərək, beynəlxalq qalmaqala səbəb olacaq bir hərəkət edib. Ermənistanın məşhur “Qraparak” qəzetində bu qalmaqal barədə məqalə yazılıb. Qalmaqala səbəb olan məsələ isə ondan ibarətdir ki, hələlik adı açıqlanmayan sözügedən hakim ABŞ-a ayaq basdığı andan ilk getdiyi yer bu ölkənin xüsusi xidmət orqanlarının baş ofisi olub. “O, bura gələrək onda məhkəmələrə aid maraqlı məlumatların olduğunu deyib və öz məlumatlarını ABŞ FTB-sinə təklif edib”-deyə qəzet yazır. Onda olan məlumatların isə Rusiya ilə birbaşa bağlı olan faktlardan ibarət olduğu iddia olunur. Hakim bildirib ki, o, Ermənistanda işləyən zaman bir sıra məxfi materialların da cəmləşdiyi məhkəmə işlərinə baxıb ki, burada da Rusiyanın maraqları güdülüb. Rusiya dövlətinin gizli materiallarının da bu məhkəmə işində yer aldığını iddia edən hakim baxdığı həmin məhkəmə işlərində səmimi qərarların verilməməsini də bildrib. Onun təklif etdiyi bu beynəlxalq qalmaqala səbəb olacaq gizli məlumatların yaxın vaxtlarda sözügedən qəzetdə çap olunacağı deyilir. Qəzet bu barədə yazaraq bildirir ki, sabiq hakimin belə addımı nəinki Ermənistanı qarışdıracaq, ümumilikdə beynəlxalq qalmaqala səbəb olacaq. “Qraparak”ın növbəti saylarında bu olayın detalları haqda geniş məlumat veriləcəyi bildirilir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info