Ermənistan niyə sərhəddə vəziyyəti gərginləşdirməyə çalışır?
Tarix: 16.07.2020 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Ermənistanın daxili siyasəti vəziyyəti çox gərgindir. Son zamanlar Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürürdü. Ölkənin siyasi sistemi bərbad vəziyyətdədir. Bu vəziyyətdə Ermənistan rəhbərliyi COVİD-19-a qarşı olan yarıtmaz siyasətini də ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini yayındırmaq üçün Tovuz istiqamətində təxribata əl atdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, bu təxribatın bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür:

“Şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın bu kimi təxribatçı hərəkətlərinə cavab olaraq zəruri tədbirlər görülür və görülməkdədir.

Ermənistan diqqəti yayındırmaq üçün müharibə istəyir. Düşmən layiqli cavabını alaraq canlı qüvvə, texnika sarıdan xeyli itki verərək geri oturduldu. Təbii ki, bu, müharibədir, hər iki tərəfdən itkilər var. Şəhidlərimiz hamımızın qəlbini üzdü, kədərə qərq etdi. Amma qarşı tərəfin itkisi daha çoxdur. Məkrli plan ondan ibarətdir ki, düşmən artıq Qarabağda deyil, Ermənistanın ərazisində çaxnaşma yaratmaq, vəziyyəti gərginləşdirərək KTMT-ni bu məsələyə cəlb etmək niyyətindədir. Paşinyanın planı məhz bundan ibarətdir. Çünki hadisələrin gedişi bunu deməyə imkan verir. İyulun 12-də Tovuzda hərbi təxribat törədildikdən sonra ertəsi gün, iyulun 13-də isə düşmən Naxçıvan sərhədində fəallaşmağa başladı. Buradan açıq aydın görünür ki, Ermənistan təxribat törətməklə Azərbaycanı daha genişmiqyaslı cavablar verməyə cəlb etmək istəyir. Ermənistan öz ərazisində gərginlik yaratmağa və KTMT-nin 5-ci maddəsindən yararlanmağa çalışır.

Ermənistanın məkrli planlarının əsası budur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlayan düşmən dövlət yeni münaqişə zonaları yaratmaq arzusundadır, məhz bu məqsədlə də təxribata əl atır.

Mən xalqımıza səslənirəm ki, təxribatlara aldanmayaq. Bu səhnə bizə yad deyil. Hər zaman daxilimizdəki xarici qüvvələrin əlaltıları sadə xalqın hisləri, emosiaları ilə oynayıblar. Artıq xalq başa düşür, təxribat törədənləri seçir. Bütün vacib tədbirlər görülür və görüləcək də. Düşmənin əlinə güc verməyək. Xalqın orduya dəstək üçün səmimi yürüşünü təxribata çevirən qüvvələr dərhal cəzalandırılmalıdır. Xalqdan istifadə etmək olmaz. Həm də bu vəziyyətdə, belə həssas məqamda”.




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
07.08.2020
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
07.08.2020
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
07.08.2020
Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb
07.08.2020
Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi 34 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info