Rusiya XİN: Ermənistanla Azərbaycanın münasibətlərinin yaxşılaşması üçün mümkün olanı edirik
Tarix: 16.07.2020 | Saat: 14:17:00 | E-mail | Çapa göndər



“Bütün beynəlxalq ictimaiyyətin ilk növbədə vəzifəsi son iki gündə Ermənistan-Azərbaycan sərhədində baş verənləri dayandırmaqdır. Bununla əlaqədar, ATƏT-in Minsk Qrupuna üzv ölkələrin ölçülü mövqeləri çox vacibdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu daha çox ölkələri özündə birləşdirir. Burada həmsədrlərdən daha çox dövlətlər var. Bu regionla qonşu, sərhəd olan həmin ölkələr maksimum ölçülü, məsuliyyətli və təmkinli olmalıdırlar, o cümlədən ictimai ritorikalarında. Bu məsələnin həssaslığı ilə əlaqədar daha buna şərh verməyəcəyəm. Bildiyiniz kimi, hər bir deyilən söz olduqca ağrılı qəbul olunur”, - deyə Rusiya XİN başçısının müavini bildirib.

A. Rudenko Rusiyanın bu münaqişənin nizamlanması ilə bağlı xüsusi təşəbbüs planının olub-olmadığı ilə bağlı suala da cavab verib.

“Sizi əmin edirəm ki, bütün mümkün olanı edirik ki, Rusiya diplomatiyasının və xalq diplomatiyasının ən yaxşı keyfiyyətlərini göstərərək, təkcə sərhədyanı münaqişənin dayandırılmasını deyil, ümumilikdə bizə qardaş olan ölkələr Ermənistan və Azərbaycan arasındakı münasibətlər yaxşılaşsın. Həqiqətən də, Rusiyanın belə imkanları var. Xatırlayırsınızsa, 2016-cı ildə Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatlar zamanı biz bunu etdik. Əminəm ki, bizim bütün imkanlarımızdan istifadə olunacaq”, - deyə A. Rudenko vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
07.08.2020
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
07.08.2020
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
07.08.2020
Mütəxəssisdən xəbərdarlıq: Son vaxtlar dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb
07.08.2020
Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi 34 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info