AzTU tələbəsi: “Tvitterdə erməni yalanlarını ifşa etdiyimiz üçün Paşinyan bizi qara siyahıya saldı”
Tarix: 16.07.2020 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


İyulun 15-də Azərbaycanın bir qrup fəal gənci ermənilərin törətdiyi soyqırımları və işğalçılıq siyasətini, eyni zamanda son günlər Tovuzda gedən döyüşlərlə bağlı həqiqəti dünyaya çatdırmaq üçün Tvitterdə aksiyaya başlayıb.
3000-ə yaxın gəncin qoşulduğu aksiyada Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri də iştirak edib. AzTU-nun “Xüsusi Texnika və Texnologiya” (XTT) fakültəsinin IV kurs tələbəsi Elçin Cəfərlinin verdiyi məlumata görə, gənclərin Tvitterdə yaratdığı
#KarabakhisAzerbaijan #KarabakhisNOTArmenia #TovuzisAzerbaijan #TovuzisNotArmenia #Tovuz #ArmenianLies #ArmeniaIsTerrorist #ArmeniaBestTerroristCountry #ArmeniaDespotism kimi həştəqlər qısa zamanda Azərbaycan gündəmində ilk sıralara, dünya gündəmində isə ilk 20-liyə daxil olub. O qeyd edib ki, gənclər İrəvanın və Qarabağın qədim Azərbaycan torpaqları olması faktını dünya ictimaiyyətinə müxtəlif dillərdə təqdim ediblər. Həmçinin ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri əks etdirən fotolar da Tvitter istifadəçilərinə çatdırılıb. Maraqlısı odur ki, gənclərin erməni yalanlarını ifşa etməsi və bu faktları dünya ictimaiyyətinə çatdırmasından narahat olan Ermənistanın baş naziri Nikol Paşinyan onları öz Tvitter hesabında qara siyahıya salıb.
Gənclər isə Paşinyanın bu hərəkətinin əhəmiyyətsiz olduğunu bildiriblər. Qeyd ediblər ki, müharibə təkcə ön cəbhədə getmir. İnformasiya müharibəsində də üstünlüyü ələ almaq və əsgərlərimizə dəstək olmaq məqsədilə erməni vandalizmi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün aksiyanı davam etdirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq
06.08.2020
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
06.08.2020
AzTU-nun rektoru “İDRAK Texnoloji Transfer“in rəhbərliyi ilə görüşüb
06.08.2020
Dövlət qulluğu imtahanı ilə bağlı statistik məlumatlar açıqlanıb
05.08.2020
ADAU-da doktorantlarla görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info