Qaiser Navab: “Pakistan qardaş ölkə Azərbaycan üçün əlindən gələn heç nəyi əsirgəməz”
Tarix: 16.07.2020 | Saat: 17:13:00 | E-mail | Çapa göndər



“Pakistan dünyada sülhün bərqərar olmasında mühüm rol oynayıb”.
APA-nın xəbərinə görə, bu barədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili Qaiser Navab “Twitter”də bildirib.


Onun sözlərinə görə, Pakistan hər zaman münaqişələrin danışıqlar və dialoq vasitəsilə həllinin tərəfdarı olub və dəstəkləyib: “Biz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz regionuna hücumunu qətiyyətlə pisləyir, azərbaycanlı bacı-qardaşlarımıza, eləcə də Azərbaycan hökumətinə başsağlığı verir və yaralılara şəfa diləyirik”.

Q. Navab vurğulayıb ki, Ermənistanın təcavüzkar millətçiliyinin növbəti təzahürü olan bu hücumun Azərbaycan tərəfindən dəf edilməsi faktı təcavüzün cavabsız qalmayacağının bariz göstəricisidir: “Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini özünün uzun illərdir Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarını qeyri-qanuni işğalından yayındırmaq və münaqişənin siyasi həllinə mane olması üçün yeni münaqişələr yaratmaq məqsədilə etdiyi bu cəhdlər uğursuzluqla nəticələndi. Ermənistan tərəfi bu təhlükəli taktikadan imtina etməli və məntiqi və qanuni yolu seçməlidir. Öz bacarıqlarından artıq istəklərə can atması Ermənistanın mühakimə qabiliyyətinin zəifliyini göstərir və regionda, eyni zamanda qlobal miqyasda sülh və stabilliyə böyük təhlükə yaradır.

Ümid edirik ki, Ermənistanın öz təcavüzkarlığını ört basır etmək cəhdləri heç bir halda beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyəcək”.

O qeyd edib ki, əgər Dağlıq Qarabağ münaqişəsini həll etməyin başqa bir yolu qalmasa, Pakistan qardaş ölkəni hər zaman dəstəkləməyə hazırdır: “Biz, Pakistan xalqı və gəncləri, heç bir ölkədə hər hansı bir əməliyyata cəlb olunmuruq. Lakin xalqın razılığı ilə hökumət, Pakistan xalqı dostumuz olan qonşu ölkələr, xüsusilə qardaş ölkə Azərbaycan üçün əlindən gələn heç nəyi əsirgəməz.

Pakistan Azərbaycanın ərazi bütövlüyünü qoruması uğrunda mübarizədə bütün imkanları ilə Azərbaycanın yanında durmağa davam edəcək və Ermənistanla münaqişədə qətiyyətlə Azərbaycanı dəstəkləyir. Heç şübhəsiz Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur. Yaşasın Azərbaycan!
Yaşasın Pakistan-Azərbaycan qardaşlığı!”




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür
13.08.2020
Eldar Namazov: “Türkiyə Minsk Qrupunda öz rolunu oynamalıdır”
13.08.2020
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür
13.08.2020
“İşğalçı Ermənistana qarşı Azərbaycanın yanındayıq”
12.08.2020
İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info