Fransa Azərbaycanlılarının Koordinasiya Şurası bəyanat yaydı
Tarix: 16.07.2020 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Fransa Azərbaycanlılarının Koordinasiya Şurası Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlarla bağlı etiraz bəyanatı yayıb.

Trend-ə daxil olan bəyanatda bildirilir ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya qurğularından istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki ordumuzun mövqeləri atəşə tutulur: "Düşmənin bu təxribatına qarşı Milli Ordumuz böyük rəşadət nümayiş etdirərək sarsıcıdı cavab vermiş, ağır itkilər verən Ermənistan silahlı birləşmələrinin həmləsi qətiyyətlə dəf edilmişdir. Ali Baş Komandanımızın qəti iradəsi, zabitlərimizin peşəkarlığı, əsgərlər arasında hökm sürən ruh yüksəkliyi və hərbi birləşmələrimizin maddi-texniki gücü növbəti dəfə Azərbaycan əsgərinin, ordusunun və dövlətinin düşmən üzərindəki gücünü və üstünlüyünü şərtləndirmişdir.

Hücumun qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları qəhrəmancasına şəhid olmuşlar. Bu, bir daha hər bir Azərbaycan əsgərinin hər zaman vətənin müdafiəsi və tarixi-əzəli torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən yüksək fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Bütün xalqımız növbəti dəfə əsgəri ilə fəxr etdi, sonsuz dərəcədə qürurlanmış oldu.

Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə şəfa versin!

Azərbaycanlıların ən böyük diaspora təşkilatlarından biri olaraq Fransa Azərbaycanlılarının Koordinasiya Şurası cəbhə xəttində və sərhəddə baş vermiş təxribatla bağlı aşağıdakıları bəyan edir:

1. Ermənistan hökuməti təcavüzkar siyasətini davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsnin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədilə təxribatlar törədir. Bu təxribatları Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq. Beynəlxalq ictimaiyyəti münaqişənin həllinə zərbə vuran və yeni təhdidləri ortaya çıxaran bu kimi təxribatlara düzgün qiymət verməyə, Ermənistanı təcavüzkar siyasətini dayandırmağa məcbur edəcək qərarlar almağa çağırırıq,

2. Səngərdə mətanətlə torpaqlarımızı müdafiə edən, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəyə daima hazır olan ordumuza dəstək verir və həmrəylik ifadə edirik,

3. Ermənistanın ölkəmizə qarşı illərdir davam edən hərbi təcavüz siyasətinin regionda sülhə, sabitliyə və inkişafa qarşı ən böyük təhdid olduğunu bir daha vurğulayır və işğalın beynəlxalq təşkilatlar, böyük dövlətlərin liderləri, beynəlxalq ictimai xadimlər, xarici ölkələrin beyin mərkəzləri, qabaqcıl ali təhsil müəssisələrinin diqqətinə çatdırmaq üçün diaspora üzvlərini sosial şəbəkələrdə fəal olmağa və #KarabakhestAzerbaïdjan! #Arrêtezagressionarménienne həştəqləri ilə paylaşımlar etməyə dəvət edirik.

Fransa Azərbaycanlılarının Koordinasiya Şurası olaraq dünyadakı bütün diaspora üzvlərini bu fəaliyyətə dəstək verməyə dəvət edirik!".




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"
14.08.2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb
14.08.2020
Rusiyanın qeyri-adekvat münasibəti Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını göstərdi
13.08.2020
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
13.08.2020
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info