Şahin Tağıyev: “Cəmil Həsənliyə məsləhət görərdim ki, belə səhvləri bir də etməsin”
Tarix: 24.10.2013 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Müxalifətin “milli şura”sı və onun prezidentliyə namizədi olmuş Cəmil Həsənli ölkə daxilində olduğu kimi, xaricdə də tərəfdaşları tərəfindən ciddi tənqid atəşinə tutulur. Maraqlısı isə budur ki, Cəmil Həsənli və “milli şura”nın qaranlıq, yarıtmaz fəaliyyəti haqqında kifayət qədər ciddi ittihamlar irəli sürən bu şəxslərə qarşı tərəfdən cavab gəlmir. Belə tənqidləri dilə gətirənlərdən biri də İsveçdə yaşayan Demokratik Azərbaycan Hərəkatının üzvü, Milli Qəhrəman Şahin Tağıyevdir. Onun sosial şəbəkələrdə etdiyi paylaşımlarda bir sıra maraqlı məqamlara toxunulub. Şahin Tağıyevin “Facebook”da yaydığı son paylaşımı isə birbaşa ittihamlarla yanaşı bir sıra suallar da yaradıb. Onun müsahibə formasında olan fikirlərini oxuculara təqdim edirik.

- Sosial şəbəkədə ABU-nun keçmiş rektoru Elşad Abdullayevi şərəfsiz adlandırmısız. Maraqlıdır - nə səbəbə görə?

- Düz və ziyalı olan adam öz vicdanının təmizliyi ilə millət vəkili seçilə bilər.

- Onun qardaşının öldürülməsi ilə bağlı ittihamlarına inanırsızmı?

- Yox, bunlar hamısı blefdir.

- Nəyə əsaslanıb bu fikirdəsiz?

- Sadəcə, buna inanmıram. Elşad haqqında rəylər hələ onun rektor olduğu vaxtlarda məlum idi ki, necə şərəfsiz idi.

- Amma maraqlıdır ki, niyə məhz Cəmil Həsənli Avropa turnesində onunla görüşdü?

- Baxın, Cəmil müəllimi onunla görüşdürən Elnur Məcidlidir. Yəqin nəsə maraqları var. Amma mən Cəmil müəllimə məsləhət görərdim ki, belə səhvləri bir daha etməsin.

- Elşad Abdullayev Fransada olduğu zaman heç sizinlə əlaqə saxlayıbmı?

- O kimdir ki, mən onunla əlaqə də saxlayım. Mən hələ ki özümə hörmət etməyi bacarıram.

- “Milli şura”nın prezident seçkilərində uduzmasının əsas səbəbləri nə idi?

- “Milli şura”ya lazımsız adamları qəbul etdilər. Mən “milli şura” haqqında hələ o yaradılanda müsahibə vermişdim. Bu mənim demokratik fikirlərim idi. Əfsuslar olsun ki, özünü demokratik adlandıran qəzetlər bunu çap etmədilər. Daha doğrusu, Qənimət Zahid.

- Nə demişdiz ki, “milli şura” ilə bağlı?

- “Milli şura”nın əvvəlki namizədinə qarşı olduğumu demişdim. Demişdim ki, Rüstəm İbrahimbəyov yalançıdır. Amma bunu qəbul etmədilər. Axırda mənim proqnozum düz çıxdı.

- Siz özünüz necə, bu quruma üzv olmaq üçün müraciət etmişdiniz?

- Yox. Rüstəm İbrahimbəyov demişdi ki, xaricdə yaşayanlar “milli şura”da olmaz. Rəsul Quliyev, Emin Milli harada yaşayır bəs? Bunu anlamadım.

- Bəs niyə onlar şuraya üzv ola bildilər, siz isə yox?

- Bu sualı Eldar Namazova verin o, cavabını yəqin bilir.

- İbrahimbəyov hələ də bu qurumun sədridir. Amma Azərbaycana da gəlmir. Belə sədrlik olarmı?

- Onu mütləq dəyişmək lazımdır. İbrahimbəyov getsin gözəl və mənalı filmlərini çəksin. Misal üçün “Səhranın bəyaz günəşi”.

- Sözünüzdən belə çıxır ki, siyasət onluq deyildi. Bəs nədən “milli şura”nı onun layihəsi adlandırırlar və nədən bu oyuna baş vurdu?

- Bunu da “milli şura”nın başbilənləri yaxşı bilir, onlardan soruşun.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info