Görkəmli muğam ustaları universitetdə
Tarix: 24.10.2013 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə IV Muğam televiziya müsabiqəsinin növbəti seçim mərhələsi Naxçıvan şəhərində keçirilir. Müsabiqənin münsiflər heyətinin üzvləri, Azərbaycan Respublikasının Xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində də olublar.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov qonaqları salamlayaraq son illərdə Azərbaycan incəsənətinin, xalq musiqisinin, xüsusilə də dünya incəsənətinin nadir inciləri sayıla biləcək muğamlarımızın təbliğinə göstərilən dövlət qayğısından danışıb. Rektor vurğuladı ki, Ali Məclisin Sədri Vasif Talıbovun başçılığı ilə muxtar respublikada fitri istedadlara xüsusi himayə və qayğı göstərilir, onlara geniş meydan verilir. Muğam sənətinin, milli musiqinin inkişafına göstərilən dövlət qayğısı, bu cür müsabiqələrin keçirilməsi Naxçıvan Dövlət Universiteti kimi ali musiqi təhsili verən bir elm ocağının fəaliyyət göstərdiyi muxtar respublikada sənətkarlıq məktəbinin formalaşmasına öz töhfələrini verəcək. Xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev çıxış edərək Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın az qala unudulmaqda olan muğam sənətinin, xalq musiqimizin bütün dünyaya tanıdılması, yenidən tərəqqi etdirilməsindəki xidmətlərindən, gənclərdə milli musiqiyə böyük sevgi yaranmasından danışdılar. İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladıqları mini konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi. Sonra İncəsənət fakültəsinin tələbələri muğamlarımızı ifa etdilər. Tanınmış muğam ustaları bu qədim sənətin sirləri, muğam ifaçılığında tələb olunan peşəkarlıq, səhnə mədəniyyəti ilə bağlı gənc ifaçılara dəyərli tövsiyələr verdilər. Azərbaycanın tanınmış sənətkarları universitetlə tanış oldular. Çay süfrəsi arxasında davam edən səmimi görüşdə milli musiqimizin bugünkü səviyyəsi, musiqi tədrisinin gələcək inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olundu.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri









 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info