Zəminə Dünyamalıyeva: “Təəssüf ki, “milli şura”da gedişatı başa düşməyib qalanlar var”
Tarix: 24.10.2013 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Artıq “milli şura”nın sessiyasında qurumdan 9 nəfərin uzaqlaşması rəsmiləşdi. Müxalifət nümayəndələrinin bu qopmaları özünəməxsus şəkildə yozub, sosial şəbəkələrdə “onlar qovuldular” deməsi həmin istefa verənlər üçün həqarət hesab oluna bilər.
İstefa verənlərdən biri olan Zəminə Dünyamalıyeva “Palitra”ya verdiyi açıqlamada sessiyanın gedişatını izləmədiyini deyərək, bundan sonra ardınca hansı fikirlərin səsləndirilməsinin onun üçün əhəmiyyətsiz olduğunu dedi: “Milli şura”dan çıxanların ardınca dərhal “qovduq” “qovuldular” deyilməsi düz deyil. Əslində çox gülməli durumdur. O, 9 nəfəri bilirəm kimlərdir. Amma dəqiq olaraq onların hansı səbəbdən çıxmalarını deyə bilmərəm. Məsələ burasındadır ki, kimlər ki, “milli şura”dan çıxmaq istəməsi barədə bəyanat verib və ya istefa verib, o adamlar da prosedura uyğun olaraq uzaqlaşdırıldı. Prosedur qaydasına görə bu sessiyada rəsmiləşdirdilər ki, həmin şəxslər birlikdən getdilər. Amma “qovublar, uzaqlaşdırılıb” formasında deyilməsi bu düşərgə adına düzgün deyil. Bu cür ifadə işlədənlər də bir qədər məsuliyyətli davranmalıdırlar. Digər tərəfdən də məni heç o da maraqlandırmır. Çünki mənim olduğum yerdə qalıb-qalmamağım mənə aid məsələdir. Kimin nə danışıb, nə deməsi mənim üçün önəmli deyil. Önəmli olan cəmiyyətin fikridir. Mənə olan müraciətlərdən də bilirəm ki, atdığım addım hamının ürəyincədir. “Milli şura” mən istefa verdiyim gündən məni maraqlandırmırdı. Bu sessiyadan sonra yəqin ki, artıq onları mənim fəaliyyətim maraqlandırmayacaq. Qısası hər kəs öz yolundadır. Ancaq təəssüf edirəm ki, o “milli şura”da gedişatı başa düşməyib qalanlar var”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info