Yeni tunel tipli nəqliyyat qovşağı tikilir
Tarix: 24.10.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Böyükşor küçəsinin kəsişməsində tunel tipli avtoyol qovşağı tikilir. Bu layihə çərçivəsində inşa olunacaq əsas tunelin 3 gediş və 3 gəliş hissəsi olacaq, bu yol nəticədə avtonəqliyyatın Ziya Bünyadov prospekti ilə «Koroğlu» və «20 Yanvar» metro stansiyaları istiqamətində hərəkətini asanlaşdıracaq.
Eyni zamanda, tunel üzərində nəqliyyatın yan yollarla hərəkətini və Böyükşor küçəsi istiqamətində giriş-çıxışı, həmçinin tunel üzərində dairəvi hərəkəti təmin olunacaq. Bunu tikinti işlərini icra edən «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva bildirib. Onun sözlərinə görə, tunel tipli qovşağın tikintisi prosesi beş şirkət tərəfindən aparılır. «Akkord»a məxsus hissədə bütün kommunikasiya xətləri keçirilib, qazma işləri aparılıb. Hazırda üzləmə işləri gedir. Qeyd edək ki, tunelin ümumi uzunluğu 610 metr, qapalı hissənin uzunluğu isə 140 metr, eni 26,5 metr, hündürlüyü isə 5,5 m, tunelin yan yollarının uzunluğu 1 600 metr, eni isə 7-12 metr olacaq. Layihənin sifarişçisi qismində Nəqliyyat Nazirliyi çıxış edir.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Dəniz nəqliyyatı ilə 292 milyon dollarlıq yük daşınıb
17.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR Türkiyəyə təhvil-təslimi başa çatdı
17.06.2019
Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb
17.06.2019
Azərbaycandan 131,1 min ton kimya sənayesi məhsulları ixrac edilib
17.06.2019
Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info