Eelektron idarəçilik sahəsində müasir təcrübə
Tarix: 24.10.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Bakıda informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə VII Beynəlxalq konfrans (AICT-2013) öz işini davam etdirir.
Konfransın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən sessiyasında iştirakçılar “Ən son yeniliklərin informasiya-kommunikasiya texnologiyaları sahəsinə tətbiqi” məsələlərini müzakirə ediblər. Tədbirdə təqdimatla çıxış edən “TES2A” Avropa İnnovasiya Konsaltinq Şirkətinin əməliyyatlar şöbəsinin müdiri xanım İvona Maçiyejska konfransın əhəmiyyətini vurğulayıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı mühüm rolu xüsusilə qeyd edib. Azərbaycanın elektron idarəçilik sahəsində dünyanın və Avropanın qabaqcıl ölkələrində həyata keçirdiyi layihələrdən danışan İ.Maçiyejska, bu cür əməkdaşlığın artıq bir çox beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. İ.Maçiyejska Polşanın İKT sektorunun inkişafı istiqamətində görülən işlərdən bəhs edib, artıq Mərkəzi Asiya ölkələrinin bir çox ərazilərinin 3G texnologiyaları ilə təmin edildiyini, buna baxmayaraq hələ də problemlərin mövcud olduğunu və bu məsələlərin həllində beynəlxalq əməkdaşlıq, o cümlədən Azərbaycan ilə xüsusən elektron idarəçilik, elektron həllər sahəsində təcrübə mübadiləsinin mühümlüyünü vurğulayıb. Daha sonra Koreya Elektronika və Telekommunikasiya Araşdırmalar İnstitutunun (ETRI) xüsusi eksperti Çanq Von Ahn çıxış edərək konfransın idarəetmə, təhlükəsizlik, səhiyyə sistemi, kommunikasiya və rabitə sahələrində tədqiqatlar aparan elm adamlarını bir araya gətirdiyini qeyd edərək belə tədbirlərin adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək imkanını yaratdığını söyləyib.
Tədbirdə digər çıxış edənlər Azərbaycanın müasir informasiya texnologiyalarının tətbiqi sahəsində nailiyyətlərindən danışmış, İKT-nin elmin inkişafındakı rolunu qeyd ediblər. “AICT-2013” Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti (BDU), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti ilə birgə təşkil olunub. Beynəlxalq tədbirdə, ümumilikdə, 26 ölkədən dəvət edilmiş nümayəndənin 105 məruzəsi, o cümlədən Azərbaycanın müvafiq elm və təhsil müəssisələrinin təmsilçiləri tərəfindən təqdim edilmiş məruzələr dinləniləcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info