Azərbaycan bazarında ən fəal sərmayəçilərdən biri BƏƏ-dən olan sərmayəçilərdir
Tarix: 24.10.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən "BakuBuild" sərgisi çərçivəsində AZPROMO-nun dəstəyi ilə "Dubai Exports" agentliyi tərəfindən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçirilir. Forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən turizm, bank, energetika, İKT, tikinti, daşınmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, konsaltinq, təhsil və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edirlər.
Forumda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirdi ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq olduqca yüksək səviyyədədir: «Ölkələr arasında illik ticarət dövriyyəsi 115-120 mln. ABŞ dolları təşkil edir. Ancaq bu rəqəmi daha da artırmaq mümkündür». Azərbaycanın investisiya imkanlarının BƏƏ-dən olan nümayəndələr missiyasına təqdimatında AZPROMO-nun rəhbəri bildirdi ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından etibarən, Azərbaycan və BƏƏ öz qarşılıqlı əlaqələrində böyük inkişaf yolu keçiblər. İki ölkə arasındakı münasibətləri genişləndirmək məqsədilə, 1997-ci ildə BƏƏ-də Azərbaycanın səfirliyinin açılması haqqında qərar qəbul edilib. 2001-ci ilin iyun ayından etibarən Azərbaycanın səfirliyi BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir.
R.Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verdi. Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğuladı. O, BƏƏ biznesmenlərini Azərbaycanın iş adamları ilə fəal əməkdaşlığa dəvət etdi. Bildirildi ki, on il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb, ölkəyə ümumilikdə 150 milyard dollardan çox investisiya yatırılıb. 1991-ci ildə müstəqilliyin bərpa olunmasından sonra ölkə ÜDM-də özəl sektorun payı sıfırdan 73-74 faizə qalxıb. R.Məmmədovun sözlərinə görə, BƏƏ-dən olan sərmayəçilər Azərbaycan bazarında ən fəal sərmayəçilərdir: "Bizim əməkdaşlığımız fəal şəkildə inkişaf edir. BƏƏ-dən olan sərmayəçilər tərəfindən Azərbaycan iqtisadiyyatına 360 milyon dollar vəsait yatırılıb. Hesab edirəm ki, bu rəqəm Azərbaycan və BƏƏ arasında iqtisadi əməkdaşlığın potensialını əks etdirmir. Əminəm ki, bu inkişaf yalnız dövlət investisiyaları hesabına deyil, həm də özəl sektor hesabına davam etdiriləcək".
Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin böyük tarixə malik olduğunu və uğurla inkişaf etdiyini bildirdi. Ölkələrimizin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əməkdaşlıq etdiyi vurğulandı. Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edildi. ASK sədri BƏƏ-dən olan iş adamlarına bildirdi ki, Azərbaycan iqtisadiyyatı iki sahəyə- neft və qeyri-neft sektoruna ayrılır. O da vurğulandı ki, ölkəmizdə “2020-gələcəyə baxış” inkişaf konsepsiyası təsdiq edilib ki, burada qeyri-neft sektoru inkişafı nəzərdə tutulur. Bu istiqamətdə perspektivlərin olduğunu deyən M.Musayev BƏƏ iş adamlarını bu sahədə birgə şalışmağa dəvət etdi. ASK sədrinin sözlərinə görə, Azərbaycanda son 10 ildə inflyasiya bir rəqəmli olub. Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları 48 mlrd. dolları keçib: «Azərbaycanın ixracı idxalından 2 dəfə çoxdur. Qonşu ölkələrlə - Qazaxıstan, Rusiya, Gürcüstan və İranla əlaqələr qura bilərsiz. Hər bir iş adamını Azərbaycanda investisiya yatırmağa dəvət edirik». M.Musayev onu da bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən ASK minlərlə sahibkarın hüquqlarını müdafiə edən bir qurumdur, BƏƏ belə bir qurum varsa onlarla əməkdaşlığa hazırıq: “Bəzi ölkələrlə ikitərəfli əməkdaşlıq şuraları yaratmışıq. Bu şuranı sizin ölkədə də yarada bilərik”.
Daha sonra Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimat keçirildi, Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə müzakirələr aparıldı, BƏƏ iş adamlarını maraqlandıran suallar cavablandırıldı.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info