Səbail rayonunda gənclər üçün tədbir
Tarix: 24.10.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


YAP Səbail rayon təşkilatının təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin mərkəzindəki Fəvvarələr meydanında yerləşən «Nərgiz» Ticarət Mərkəzindəki «Dalida» restoranında gənclər üçün tədbir keçirilib. Tədbirdə rayondakı ali, orta ixtisas müəssisələrinin tələbələri, sənaye, mədəniyyət, elm və təhsil sahəsində çalışan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və digər sahələri təmsil edən gənclərin nümayəndələri iştirak ediblər.
Tədbiri açıq elan edən YAP Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov oktyabr ayının 9-da ölkəmizdə keçirilən prezident seçkilərində ölkə başçısı İlham Əliyevin inamlı qələbə qazanması ilə əlaqədar gəncləri təbrik edib. Onların adından yekdilliklə dəstəklədikləri və səs verdikləri Prezident İlham Əliyevə xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov bildirib ki, ölkə başçısının son on il ərzində həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmaqdadır. Ölkənin inkişaf və tərəqqisinə səbəb olan bu işlər göz qabağındadır. Xalqımızın öz seçimini edərək İlham Əliyevi yenidən ölkə Prezidenti seçməsi ona olan inam və etibarın təzahürüdür. Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq quruculuq işləri, sosial yönümlü tədbirlərin həyata keçirilməsi sayəsində Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının nəticəsi kimi bir çox gənclərimiz dövlət hesabına xaricdə təhsil alır. Onların aldığı bilik və əldə etdikləri təcrübə Azərbaycanımızın gələcək inkişafına yönəldiləcək, bu da ölkəmizi daha da gücləndirəcək. Ölkədə gənclərlə bağlı qəbul olunan qərar və sərəncamlar gənclərin cəmiyyətdə öz yerlərini tutmağa köməklik göstərir. Hər il minlərlə yeni-yeni iş yerləri yaradılır, gənclərin yeni peşə və ixtisaslara yiyələnməsi üçün tədbirlər görülür. İdman, elm və mədəniyyət sahələrinə dövlət qayğısı artırılır. Qeyd olunub ki, səbailli gənclər hər zaman ölkədə gedən proseslərdə ön sıralarda olublar. Onlar öz fəallıqlarını prezident seçkiləri zamanı göstəriblər və öz səslərini layiqli namizədləri olan İlham Əliyevə veriblər. Natiq gənclərə biliklərini artırmağa, ölkəmiz üçün layiqli vətəndaş olmağı tövsiyə etdi və dövlətin hər zaman gənclərə dəstək olacağını bildirdi. Respublikamızın populyar gənc incəsənət xadimlərinin çıxışları, gənclərin şən rəqsləri tədbiri daha maraqlı və yaddaqalan edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info