“Merkelin telefonu da Amerika kəşfiyyatı tərəfindən dinlənilib”
Tarix: 24.10.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Obama administrasiyası kütləvi insan hüquqları
pozuntusu qarşısında susmaq strategiyasından əl çəkmir”


“Almaniya kanslerinin telefonu Amerika kəşfiyyatı tərəfindən dinlənilib. Əgər frau Merkel bu məsələ ilə bağlı narahatlığını ifadə etmək üçün Barak Obamaya telefon edibsə, deməli məsələ ciddidir. Avropanın ABŞ kəşfiyyatının telefon dinləməsinə reaksiyası bir qədər ikiüzlü xarakter daşıyır. Belə görünür ki, bir çox ölkənin öz kəşfiyyatlarından gizli nələrisə var”.
Bu fikirlər “Der Spiegel” nəşrində dərc edilən məqalədə yer alıb. Həmin məqalədə qeyd edilir ki, Almaniya kansleri uzun müddət ərzində Amerika kəşfiyyatının nəzarəti altında olub: «Mətbuatda yayılan xəbərlərdən belə məlum olur ki, Merkel telefonlarının dinlənməsi ilə bağlı ciddi informasiyaya sahib olduqdan sonra Obamaya müraciət edərək, iki müttəfiq dövlət arasında belə halların baş verməsinin yolverilməz olduğunu qeyd edib. ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi bildirir ki, Obama Merkeli əmin edib ki, ölkənin xüsusi xidmət orqanları xanım kansleri dinləmir və dinləməyəcək.

ABŞ-ın Almaniyadakı
səfiri bu ölkənin xarici işlər naziri ilə görüşə çağırılıb


Merkelin telefonlarının əvvəl dinlənilməsinə isə heç bir aydınlıq gətirilməyib. Amerika rəsmiləri dünya səviyyəsində həyata keçirilən izləməyə müxtəlif vasitələrlə haqq qazandırırlar. Amerika kəşfiyyatının rəhbəri Ceyms Klepper «Le Mond» nəşrinə müashibəsində qeyd etmişdi ki, onun əməkdaşları bir ay ərzində 70 milyon telefon zəngini izləyirlər. Nəhəng informasiya bazası yarandığı üçün onları əvvəlcədən müəyyən edilmiş kriteriyalar əsasında seçirlər. Yəni, müəyyən sözlərin işləndiyi zənglər araşdırılır. Bu məqsədlə “Prism” və “Swift” casus proqramları köməyə gəlir. Klepper Fransanın Vaşinqtondakı səfirliyi və BMT qərargahının izlənməsi ilə bağlı suallara aydınlıq gətirməyib. Bu isə Obamanın müdafiə xəttini xeyli zəfilədir. Bildirilir ki, Amerika kəşfiyyatı özünü, müttəfiqlərini və ümumilikdə insanlığı terror bəlasından xilas etmək üçün bu əməliyyatları həyata keçirib. Bəs, səfirliklərin, BMT qərargahının dinlənməsinə nə ad vermək olar? BMT ofisindəki dinləmə Amerika diplomatlarına manevr imkanı yaratmaq üçün həyata keçirilib. Berlinlə bağlı son insident ümumi narazılığın yekun akkordudur. Berlindən əvvəl Braziliya və Meksika telefon dinləməsinə qəti narazılıq ifadə ediblər. Ümumilikdə, Latın Amerikası ölkələrində telefon dinləməsi ilə bağlı antiamerika əhvali-ruhiyyəsi hökm sürür. Avropada isə bu məsələ ilə bağlı vahid mövqe yoxdur. Olland, Merkel və Letta ancaq öz məsələlərini qabardır. «El Pais» nəşri yazır ki, Amerika kəşfiyyatının ətrafında yaranan qalmaqalın üstündən 4 il vaxt keçməsinə baxmayaraq, Obama administrasiyası kütləvi insan hüquqları pozuntusu qarşısında susmaq strategiyasından əl çəkmir. Nəzəri cəhətdən terrorçu axtarışı üçün Fransa diplomatik missiyasının, Meksika və Braziliya prezidentlərinin kompyuterlərindəki informasiyaların əldə edilməsi absurddur. İspaniya xüsusi xidmət orqanları da bu dinləmədən ziyan çəkdiklərini bildiriblər. Avropa İttifaqının sammitində bu məsələyə qəti etiraz olacağı və müvafiq qanun qəbul olunacağı gözlənilir. Amma fakt odur ki, avropalılar heç vaxt Vaşinqtona qarşı birləşə bilməyiblər. Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Redinq təklif edir ki, şəxsi məlumatların Avropadan kənara ötürülməsinə görə 100 milyon avro cərimə tətbiq edilsin”. Qeyd edək ki, ABŞ-ın Berlindəki səfiri Almaniya federal kansleri Angela Merkelin telefon danışıqlarının ABŞ kəşfiyyatı tərəfindən dinlənildiyi ilə bağlı yaranmış qalmaqalla bağlı Almaniya XİN-ə çağırılıb. “France Presse”in məlumatına görə, Almaniya XİN-dən bildirilib ki, səfir nazir Gido Vestervelle ilə görüşə dəvət olunub və ona Almaniya hökumətinin mövqeyi dəqiq çatdırılacaq. Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert ABŞ xüsusi xidmət orqanlarının A. Merkelin mobil telefonunu dinlədiyi barədə informasiya əldə olunduğunu açıqlayıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info