Gömrük xidmətində Türkiyə təcrübəsi
Tarix: 24.10.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrə gəlincə, S.Mehdiyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
O, Azərbaycan gömrük xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən danışıb, bu istiqamətdə qardaş ölkənin həm gömrük orqanları, həm də əmniyyət müdirliyi ilə qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib. Azərbaycan iqtisadiyyatında əldə olunan nailiyyətlərdən söhbət açan DGK sədrinin müavini xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə qərarlaşdığını məmnunluqla diqqətə çatdırıb. Türkiyə Əmniyyət Genel müdiri M.Kılıçlar Azərbaycana səfərindən, eləcə də respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən M.Kılıçlar iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. Türkiyəli qonaq eyni zamanda qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində hər iki ölkənin uyğun qurumlarının qarşılıqlı fəaliyyətinin vacibliyinə diqqəti yönəltmiş, birgə əməkdaşlığın gələcək perspektivlərindən söhbət açıb. Görüşdən sonra qonaqlar DGK-da “Hədəf” Mərkəzinə baxış keçiriblər. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan “Hədəf” Mərkəzinin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 800-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir. Sonra Türkiyənin Əmniyyət Genel müdiri M.Kılıçların rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində olub, ofisin üstün imkanlarından, texniki təchizatından razılıqlarını bildiriblər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info