Azərbaycanda istehsal olunan məhsullar İtaliya bazarına çıxarılacaq
Tarix: 24.10.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Bakıda səfərdə olan Azərbaycan-İtaliya Ticarət İnstitutunun prezidenti xanım Manuela Traldi ilə görüş keçirilib. Görüşdə iki ölkənin sahibkarlıq təşkilatları arasında mövcud iqtisadi əlaqələr və onların inkişaf perspektivləri müzakirə olunub.
Konfederasiyadan verilən məlumata görə, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini qonağın diqqətinə çatdıran ASK prezidenti Məmməd Musayev bildirib ki, artıq investisiya ixrac edən ölkəyə çevrilən Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb. M.Musayev italiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edərək, bundan sonra konkret iş görməyi arzu etdiyini dilə gətirib. Bu günədək ASK-ya tanışlıq məqsədilə gələn italiyalı iş adamlarının real layihələrlə müraciət etmələrini, yerli bazarda rəqabət aparmaq imkanları olduğunu istisna etməyib. İki ölkə sahibkarlarının qarşılıqlı əməkdaşlıq etməsi üçün ASK-nın daim körpü rolunu oynayacağını əminliklə qeyd edən M.Musayev vurğulayıb ki, müxtəlif çeşidli, keyfiyyətli İtaliya məhsulları Azərbaycan bazarına çıxarılsa, müştəri problemi yaşanmayacaq. Görüşdə vurğulanıb ki, son illər ölkəmizdə inşaat bumu yaşanır: «Bu sahədə də İtaliya şirkətlərinin təcrübəsindən və təkliflərindən yararlanmaq azərbaycanlı sahibkarlar üçün olduqca əhəmiyyətlidir. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində dəyəri milyonlarla dollarla ölçülən investisiyalar yatırılır ki, bazarda italiyalı sahibkarlar da sərfəli qiymətlər təklif etsələr, müəyyən layihələrdə iştirak edə bilərlər. Yeni texnoloji avadanlıqların Azərbaycana gətirilməsində də iki ölkə sahibkarları qarşılıqlı əməkdaşlıq edə bilərlər». M.Musayev nəinki Azərbaycan bazarına, o cümlədən qonşu ölkələrin bazarına İtaliya şirkətlərinin məhsullarının çıxarılmasına dəstək göstəriləcəyini də vurğulayıb. Yaxın vaxtlarda ASK-nın tərkibində fəaliyyətə başlayacaq «Biznes Konsaltinq» MMC-nın xarici şirkətlərin ölkədə qeydiyyatdan keçməsinə köməklik göstərəcəyini xəbər verib. İtaliya-Azərbaycan Ticarət İnstitutunun rəhbəri M.Traldi iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələri, iş adamlarının əməkdaşlığı və perspektiv sahələr barədə söhbət açıb. M.Traldi bildirib ki, İtaliya şirkətləri Azərbaycanda tikinti, dizayn sahəsində aparılan işlərə töhfə verə bilər. Azərbaycanda istehsal olunan məhsulların İtaliya bazarına çıxmasına dəstək ola biləcəyini istisna etməyən xanım M.Traldi növbəti görüşü zamanı konkret təqdimatla gələcəyinə söz verib. M.Traldi ölkəmizdə moda, geyim sahəsində çalışan iş adamlarını dekabrın 10-14-da İtaliyanın Bari şəhərinə təşkil ediləcək səfərə dəvət edib. Missiyanın əsas məqsədi Azərbaycanda moda-geyim sahəsinin inkişafı, iki ölkə arasında sahə üzrə əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin yaradılması və potensial tərəfdaşların tapılmasıdır. Görüşün sonunda hər iki tərəf bazara çıxış imkanı olan şirkətlərin siyahısını qısa müddətdə qarşı tərəfə təqdim edilməsinə dair razılığa gəlib.
Rasim




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info