Səbuhi Abbasov: “Slavyan ölkələrinin gəncləri ilə dostluğu inkişaf etdiririk”
Tarix: 25.10.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Səbuhi Abbasov 16 noyabr 1985-ci ildə Mingəçevir şəhərində anadan olub. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2006-cı ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasını təsis edərək bir çox layihələr həyata keçirib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin ”Fəxri Məzun 2007” diplomuna layiq görülüb. 2007-ci ildən YAP Nəsimi Rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür. BSU tələbə heyətinin böyük əksəriyyətinin iştirak etdiyi iclasda səsvermə yolu ilə BSU Tələbə Gənclər Təşkilatının universitet üzrə sədri seçilib. Bir çox xarici ölkələrdə (Türkiyə, Rusiya, Ukrayna, Dağıstan və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi uğurla təmsil edib. YAP GB-də həyata keçirilən bir çox layihələrin müəllifi, müxtəlif tədbirlərin təşkilatçısı olub. 2009-cu ildə Türkdilli Ölkələrin Gəncləri Assosiasiyasını təsis edərək ilk virtual mitinqin (TANRI DAĞINDA MİTİNQ - www.yataqan.com - məqsəd erməni vandalizmini və türk dünyasının həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir) təşkilatçısı olub. 2009-cu ildə “Polis dünyası” sosial-hüquq jurnalını təsis edib və hazırda jurnalın baş redaktorudur. 2010-2011-ci illərdə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdiri vəzifəsində çalışıb. 5 ildən artıqdır ki, respublikanın müxtəlif nüfüzlu mətbuat orqanlarında çıxış edir. Bir müddət Milli Qeyri-Hökumət Təşkilatları Milli Forumunun icraçı direktoru vəzifəsində çalışıb. 2012-ci ilin mart ayından Dövlət Sosial Müdafiə Fondunun əməkdaşıdır. Bundan başqa Səbuhi Abbas bir çox şeirlərin (“Bilməyəcək”, “Sevinməyə yoxdur həvəsim”, “Axtardığım bu gün…”, “Dağlar”, “Gedək Turan elinə”, “Gözəllik”, “Qayıtma”, “Qürurum”, “Nə susursan?”, “O incə, o zərif əlin istərəm”, “”Böyük Turan” - bak o, bənim”, “Şəhidlər”, “Unutma!” və s.), hekayələrin (“Yeddi dost”, “Ölümdən qabaqkı ölüm”) və pyeslərin (“Xəyanətin doğum günü”) müəllifidir.
Ailəlidir, bir qız övladı var.


Onun “Palitra”ya müsahibəsini təqdim edirik.

-Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) hansı zərurətdən meydana gəldi?
- 2006-cı ildə ASGA-nın yaranması böyük bir zərurətin məhsulu idi. Belə ki gündən-günə inkişaf edən Azərbaycan iqtisadiyyatı QHT sektorunda da canlanmaya səbəb olmuşdu. Demək olar, hər sahə üzrə QHT-lər fəaliyyət göstərməyə başladılar. Lakin yaxın və tarixi qonşularımız olan slavyan xalqları, ölkələri ilə bağlı heç bir QHT fəaliyyət göstərmirdi. Biz də o zaman Bakı Savyan Universitetində təhsil alan gənc tələbələr olaraq bu sahədə bir ilkə imza atmağı qərara aldıq.
- ASGA nə vaxt yaranıb və hansı layihələrə imza atmısınız?
- ASGA 02.02.2006 tarixində təsis edilib, 30.06.2006 tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. ASGA-nın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək və s. sahələri əhatə edir. Bu illər ərzində bir çox layihələri reallaşdırmışıq. Bu layihələr olduqca müxtəlif sahələri əhatə edir. “Azərbaycanda təhlükəsizlik problemləri. Regional təhlükəsizlik təminatı məqsədi ilə onlarin həlli metodlari”, “Biz nə üçün seçkidə iştirak etməliyik?”, “Soyqırımı tanıdaq-31 Mart”, “Gənclərin vətənpərvərliklə bağlı fikirlərində psixoloji gərginliklər əmələ gətirən amillər”, “Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi”, “Azərbaycan ədəbiyyatını öyrənək”, “XOCALIDAN DANIŞAQ”, “Turizmin inkişafına virtual dəstək”, “Slavyan mədəniyyətinə səyahət”, “Slavyan gəncləri ilə dostluq həftəsi” və s. layihələr cəmiyyətdə, o cümlədən, slavyan gəncləri arasında böyük maraq hissi ilə qarşılandı. Ən uğurlu isə “RAGT-a yaxın olaq” layihəsi oldu. Belə ki, bu layihə çərçivəsində biz ASGA olaraq Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyəti, məqsədi və vəzifələri barədə gənclərə məlumat verməklə bir növ öz üzərimizə düşən böyük bir missiyanı reallaşdırmalı olduq. Bu layihə çərçivəsində biz demək olar ki, əksər universitetlərdə geniş silsilə tədbirlər reallaşdırdıq. Yəqin ki, bu barədə mətbuatda gedən yazıları oxumusunuz. RAGT-ın sədri Leyla xanım Əliyevanın çoxşaxəli, uğurlu diaspor fəaliyyəti, elə bilirəm ki, bütün QHT-lər tərəfindən dəstəklənməli və təbliğ olunmalıdır. Çünki RAGT-ın fəaliyyəti təkcə hər hansı bir layihəni reallaşdırmaqdan ibarət deyil. Bu təşkilatın əsas missiyası Azərbaycanı dünyaya tanıtmaqdan ibarətdir.
- QHT-nin xaricə çıxışı barədə nə deyərdiniz?
- ASGA üzvləri demək olar, intensiv şəkildə bir çox ölkələrə səfərlər ediblər. Bu ölkələr sırasında Rusiya, Polşa, Şimali Kipr TC, Ukrayna, Çexiya, Belarus, Slovakiya və s. var. Təbii ki, bu səfərlərdə əsas məqsəd Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq, eləcə də, slavyan xalqlarının mədəniyyətini Azərbaycanda təbliğ etməkdən ibarət olub. Beləliklə də biz müxtəlif sahələrdə qarşılıqlı fikir mübadiləsi aparmaqla daha da püxtələşir və dünyada günü-gündən sürətlənən informasiya mübadiləsində yaxından iştirak etmiş oluruq.
- Bu gün ictimai fəaliyyətinizlə bağlı hansı çətinlikləriniz var?
- Açığı, ən böyük problemimiz bütün QHT-lərdə olduğu kimi, ofis və maddi-texniki bazanın zəifliyindən ibarətdir. Həm də cəmiyyətimizdə çox təəssüf ki, slavyan ölkələrinə maraq azdır. Belə ki, bügunkü gəncliyin bir qismi daha çox Amerikaya və Qərbə inteqrasiyanı üstün tutur. Lakin mən bu fikirlə tam olaraq razılaşmıram. Son hadisələr də onu göstərir ki, slavyan ölkələrində baş verən hər hansı bir hadisə Azərbaycandan yan keçmir. Yaxşı və ya pis formada hadisələr öz təsirini göstərir. Mən əminəm ki, aidiyyəti qurumlar bizim QHT-nin məqsəd və fəaliyyətini düzgün qiymətləndirəcək və bizə öz dəstəklərini göstərəcəklər. Sonda onu da qeyd edim ki, slavyan ölkələrində yaşayan soydaşlarımız arasında keçirilən sorğuya əsasən hələ seçki öncəsi onlar cənab Prezident İlham Əliyevi dəstəkləyirdilər. Bu gün seçki başa çatıb və xalq öz seçimini edib. Bu münasibətlə mən slavyan ölkələrində yaşayan gənclər adından bir daha cənab Prezidenti təbrik edir, fəaliyyətində uğurlar arzu edirəm!
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info