“Milli şura” dağılır
Tarix: 25.10.2013 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Lalə Şövkətin adamları da qurumu tərk etdi
Müsavat Partiyasının qərargahında “milli şura”nın növbəti sessiyası keçirilib. Sessiyanın gündəliyinə seçkilərin nəticələri və təşkilati məsələlər daxil edilsə də, toplantı daha çox qalmaqallarla yadda qalıb. “Palitra”nın məlumatına görə, təşkilati məsələlərdə yaxın günlərdə qurumdan istefa verənlərin məsələsinə baxılıb. Sessiya başlayan anda ALP sədri Əvəz Temirxan Lalə Şövkətin “milli şura”dan istefa verməsi məsələsinin gündəliyə salınması və müzakirə olunmamasını tələb edib.
Ə.Temirxan Lalə Şövkətin adının çəkilməsini istəməyib: “Lalə Şövkətin adı çəkilməsin. Mən onun istefa verməsi səbəblərini burada açıqlamayacağam. Belə olan halda biz nə bu müzakirələrdə iştirak edəcəyik, nə də bu fəaliyyətdə yer alacağıq”.
“Milli şura”nın prezidentliyə keçmiş vahid namizədi Cəmil Həsənli isə bu təklifi qəbul etməyib. Əvəz Temirxanın bu təklifi “milli şura”nın digər üzvləri tərəfindən də narazılıqla qarşılanıb. Onlar hətta Əvəz Temirxanın ünvanına sərt ifadələr səsləndiriblər. Əvəz Temirxan müzakirələrin keçiriləcəyi təqdirdə ad çəkiməməsi kimi anormal təklifi də irəli sürüb. Lakin onun bu təklifi də narazılıqla qarşılanıb. C.Həsənli istefa verən üzvlərin məsələsinə baxılmalı olduğunu, istefa verənlərin hansı səbəbdən istefa verməsinin müzakirə olunmayacağını deyib.
Əvəz Temirxan daha sonra “milli şura”nın demokratiya məqsədi ilə yaradıldığı halda daxili düşmənçiliklərin yaşandığını deyib. Bunun səbəbinin isə Lalə Şövkətin istefası ilə bağlı olduğunu söyləyib.
Sərt tənqidlərə məruz qalan Əvət Temirxan bundan sonra “milli şura”da fəaliyyət göstərməyəcəklərini deyərək sessiyanı tərk edib. Bundan sonra İsa Qəmbər kinayə ilə yerlərinin genişləndiyini deyib.
Lalə Şövkət, Asəf Quliyev, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Mövsüm Səmədov və İslam Partiyasının daha bir üzvünün “milli şura” sıralarından çıxarılmasının səsverməyə qoyulması təklif edilib.
Sessiya gərgin şəkildə davam edib və adıçəkilən şəxslərlə yanaşı Akif Şahbazov və Gülnarə Qurbanova da “milli şura”dan çıxarılıb. Bu qərar səsvermədən sonra qəbul edilib.
O da bildirilir ki, “milli şura”nın Nizam-intizam Komissiyası qurumun yarandığı ilk gündən etibarən sessiyalarda iştirak etməyənlərin siyahısını hazırlayacaq və onlar da növbəti sessiyada qurumdan qovulacaq.
Böyük ehtimalla gələn sessiyada da Rəsul Quliyevin qurumdan çıxarılması məsələsi səsverməyə təklif ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info