Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
Tarix: 22.07.2020 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


“Struktur dəyişikliyi, satış bazarlarının genişləndirilməsi və səhmdar cəmiyyətlərin yaradılması üçün tədbirlər strateji iqtisadi hədəflərə çevrilməlidir”. Bu fikirləri ermənilərin “NEWS.am” saytına verdiyi açıqlamasında erməni iqtisadçı Karen Adonts bildirlb.

Onun sözlərinə görə, may və iyun aylarındakı iqtisadi fəallığın azalması
ilin sonunadək iqtisadi tənəzzülün 5 faizdən də çox olacağına əsas verir: “İqtisadi artıma gəldikdə, mən burada elə də bir perspektiv görmürəm, çünki bu istiqamətdə heç bir addım atılmır. Yəni Ermənitan iqtisadiyyatı naməlum istiqamətə yön almaqdadır”.
Qeyd edilməlidir ki. Karen Adonts bunun səbəbini Ermənistan iqtisadiyyatında struktur dəyişikliklərinin olmamasıda görür: “Ermənistan iqtisadiyyatı bir neçə sahəyə əsaslanır: kənd təsərrüfatı, emal, mis xammalının ixracı, turizm, İT sahəsi. Ermənistanın 1 milyard dram həcmində ixracının böyük hissəsinin Rusiyaya yönəldiyini nəzərə alaraq digər istiqamətləri inkişaf etdirmək, satış bazarlarını genişləndirmək lazımdır”.
Bu gün Ermənistanın faktiki olaraq xarici bazarlarda təmsil olunmadığını bildirən erməni iqtisadçı bunun əsas səbəini iqtisadiyyatda diasporla əlaqəli olan səhmdar cəmiyyətlərinin rolunun gücləndirilməməsində görür.
Karen Adonts etiraf edir ki, bu gün hökumətin gözə soxmağa çalışdığı tikinti, o cümlədən, yol tikintisi, əslində, vergi daxilolmaları hesabına deyil, sadəcə olaraq. Ianə, yəni xaricdən alınan borc hesabına həyata keçirilir.
“İyulun 19-dan etibarən Ermənistanda bəzi istehsalçılar üçün qaz tarifinin artmasına gəldikdə, bu dəyişiklik bütün iqtisadiyyata yükü artıracaq və təbii ki, bu ən böyük problem kimi enerji tələb edən şirkətlərin istehsal həcmlərini azaldacaq”. Bu da Karen Adontsın gəldiyi qənaətdir.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info