“BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyirik”
Tarix: 25.10.2013 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


“Albaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir, Ermənistanı silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa çağırır”. Bu fikirləri Albaniyanın xarici işlər naziri Ditmir Buşati Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinə Albaniya hökumətinin münasibətilə bağlı suallarına cavabında bildirib.

Albaniyanın xarici işlər naziri D.Buşatinin suallara cavablarını təqdim edirik:
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafındakı yeddi rayonun işğal altında saxlanmasının davam etməsini pisləyib və qəbul etdiyi bir neçə qətnaməsində Ermənistan qoşunlarının həmin ərazilərdən dərhal çıxarılmasını tələb edib. Siz bu qətnamələri dəstəkləyirsinizmi?
-Albaniya Respublikası beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olması ilə bağlı mövqeyini dəstəkləyir. Biz beynəlxalq hüquqa əsaslanan bu mövqeyə tam tərəfdarıq.
-Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizi xarici qüvvələrin işğalı altındadır. Ermənistanın işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün doğma torpaqlarına qayıda bilmir. Bu da o deməkdir ki, Azərbaycan dünyada ən çox məcburi köçkünü olan ölkədir. Şərq qonşuluğunuzdakı tərəfdaşlarınızdan birinin ərazi bütövlüyü prinsipinə, eləcə də qaçqınların və məcburi köçkünlərin hüquqları və talelərinə münasibətinizi bilmək istərdik.
-BMT-nin nizamnaməsində əks olunan prinsiplərdən biri kimi ərazi bütövlüyü məsələsi bu gün beynəlxalq hüquq qaydasının ən vacib hissələrindən biridir. Nizamnamənin ruhuna və mətninə əsaslanaraq Albaniya qəti şəkildə əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə davamlı həlli beynəlxalq hüquqa uyğun olaraq yalnız sülh yolu və danışıqlar vasitəsilə mümkündür. ATƏT-dəki və Avropa İttifaqındakı tərəfdaşlarımız və dostlarımızla birlikdə biz bu münaqişənin tez həlli istiqamətində işləməyə sadiqik. Biz, həmçinin onu da bilirik ki, münaqişənin həllinin uzanması qaçqınların və məcburi köçkünlərin həyatlarına mənfi təsir göstərəcəkdir. Bu, münaqişənin daha tez həllini zərurətə çevirir. Problemin sülh yolu ilə həlli istiqamətində tərəflərin səylərinə mane olacaq hər hansı addım isə məzəmmət edilməlidir.
-Rəsmi Bakının ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı aldığı dəstəkdə Azərbaycanın Avropa, eləcə də Qərb ilə yaxın siyasi və iqtisadi tərəfdaşlığı geniş şəkildə əksini tapırmı?
-Albaniyanın regiona verdiyi xüsusi önəm daha çox Cənubi Qafqazın strateji əhəmiyyəti ilə bağlıdır. Bu regionun Avropanın enerji ehtiyaclarının ödənilməsində rolu getdikcə daha da artır. Trans-Adriatik qaz kəməri layihəsi sayəsində Albaniya Xəzər dənizinin təbii qazının gələcək istifadəçilərindən birinə çevriləcək. Cənubi Qafqazın artan əhəmiyyəti, Avropanın enerji təchizatının şaxələndirilməsində vacib rolu digər regionların, xüsusilə Balkan regionunun da təhlükəsizliyinə və sabitliyinə müsbət təsir göstərir. Buna görə də hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun olaraq tez həll edilməsi regionla bağlı bütün tərəflərin marağındadır.
-ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara baxmayaraq, münaqişənin həlli prosesi donmuş vəziyyətdə qalır. Avropa ölkələrinin prosesdə daha çox iştirakı vacibdir. Siz münaqişənin sülh yolu ilə və daha tez həlli prosesində intensiv rol oynamağa və Avropa maraqlarına uyğun olaraq yeni təşəbbüslər formalaşdırmağa hazırsınızmı?
-Albaniya 20 ildən artıqdır ki, Avropaya inteqrasiya prosesində uzun yol keçib. Bu yol həm də bizi beynəlxalq hüququn əhəmiyyətini qiymətləndirməyə məcbur edib. İnanırıq ki, ölkələr yalnız BMT formasında, yaxud digər əməkdaşlıq formalarında beynəlxalq ictimaiyyətin tələblərini ciddi şəkildə yerinə yetirməklə uğur qazana bilərlər. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə qətnamə qəbul edib və bu qətnamələrdə xarici qüvvələrin işğal edilmiş ərazilərdən çıxarılması tələb olunur. Albaniya bu tələbi dəstəkləyir və Ermənistanı öz silahlı qüvvələrini Dağlıq Qarabağ və ətraf yeddi rayondan dərhal çıxarmağa çağırır.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info