Ermənilər qanadı altına sığındıqları Rusiyadan yenə də narazıdırlar?
Tarix: 23.07.2020 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Ağasəf Babayev |


Təbii ki, başqa xalqların tarixini, qazandığı hər hansı bir uğuru təhrif edib bunun fonunda özlərinə "haqq" qazandırmaq ancaq ermənilərə xas olan bir haldır. Məlumdur ki, tarixən heç nəyi olmayan insan və ya xalq bunu özgələrindən əldə etməyə çalışıblar. Necə ermənilər kimi. Amma ermənilərin bu sahədəki həyasızlığı lap ölçüyəgəlməzdir. Doğrudan da, “riyakarlıq ermənilərdə hələ ana bətnində olarkən yaranır". Əslində, bu fikirlər hər hansı bir dünya dahisinə deyil, elə onların arasında yaşayan erməni şairi Yeğişe Çarensə aiddir. Etiraf edilməlidir ki, bu fikir erməni xalqının iç üzünü açaraq onların xainlik və saxtakarlıqla dolu olan daxili dünyasını tam ortaya qoymuş olur.

Beləliklə, Tovuzda burnları ovulan ermənilər məğlubiyyətlərini ört-basdır etmək üçün müxtəlif yalanlar uydurmaqda davam edirlər. Maraqlıdır ki, mənfur əməllərinə görə, kölgəsinə sığındıqları Rusiyadan elə də bir dəstək görməmələri ermənilərə yaman yer eləyib. Bəlkə də elə bunun nəticəsidir ki, onlar artıq neçə gündür təkcə Kremli deyil, hətta vaxtilə ermənilərin müdafiəçisi kimi çıxış edən Konstantin Zatulinin, erməni olub, erməni dilini bilməyən Marqarita Simonyanın, hətta onun çoxsaylı ərlərindən biri olan Tiqran Keosayanın ünvanına belə hədyanlar yağdırmaqda davam edirlər. Təbii ki, erməni mətbuatı bu mövzularda yalan danışa biləcək müsahiblərə də elə bir ehtiyac duymur. Məsələn, Azat Arşakyanı keçmiş siyasi məhbus kimi təqdim edən ermənilərin “Lragir” saytı onun dilindən Ermənistana qarşı törədilən bütün “haqsızlıqların” bu ölkənin “demokratik” bir dövlətə(?) çevrilməsində və bunun Rusiya tərəfindən hələ də həzm edilə bilməməsində görür: “Bu elə də gizli deyil: Rusiya açıq mətinlə Avropaya bildirir ki, mənim yerimə, məndən icazəsiz Ermənistanda “demokratik ölkə” qurduğunuza görə, mən onu cəzalandıracam”. Sayt Arşakyanın dilindən onu da bildirir ki, Kreml Ermənistanı daha çox dəyər sisteminə görə, bu ölkənin AB və NATO-ya müttəfiq olmağa can atdığına görə cəzalandırır.
Maraqlıdır ki, Arşakyan erməni iş adamlarının “Fud Siti”də üzləşdikləri “problem”i də Rusiya hökumətinin adına yazır. Bu ölkədə ölkədə xüsusi mülkiyyətə hörmət göstərilmədiyini bildirən erməni siyasi məhbus deyir: “Rusiya dövləti istəsə, sanksiyalara baxmayaraq bazarı hətta ruslar üçün bağlaya bilər və ya türk pomidoru, Norveç balığı üçün aça bilər”.
Məhz elə bu mənada, Avrasiya İqtisadi Birliyinin Ermənistan üçün elə də bir önəm kəsb etmədiyini bildirən Azat Arşakyan Rusiyanın vaxtilə SSRİ, MDB, KTMT kimi təqdim etdiyi strukturların yalnız Rusiyanın maraqlarına xidmət etdiyini bəyan edir. Onun sözlərinə görə, əgər Rusiyanın Türkiyə, Gürcüstan, İran və ya Azərbaycan kimi ölkələrə təzyiq etmək lazım bilərsə - o zaman Ermənistanı müdafiə edib, onun vasitəsilə təxribatlar törədə bilər . Və yaxud Kremlin maraqları Ermənistana təzyiq tələb edirsə, bu halda, Moskva bütün strukturları bu istiqamətə yönəldəcək. Əslində, Azat Arşakyanın etirafları, bir daha Ermənistanın Kremlin kuklası olduğuna dəlalət edir. Yeri gəlmişkən. Ermənilər üçün kimi qanadının altına sığınıb, ona yalmanması elə də bir önəm kəsb etmir. Çünki bunu tarixi olmayan ermənilərlə maraqlanan hər kəs söyləyə bilər.
Yazının əvvəlidə demişdim, yadımdaykən, bunu da, digər bir erməninin- Levon Daleqyanın dediklərini də diqqətinizə çatdırım. O deyib ki: "Ermənilər öz milli varlığı üçün birbaşa türklərə borcludurlar. Əgər biz bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlana bilərdi".





 
Müəllifin son yazıları

14.02.2020 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
26.12.2019 “Paşinyanı 700 mindən artıq yoxsulun taleyi maraqlandırmır”
16.09.2019 “Uğursuz siyasətin bütün məsuliyyəti Paşinyanın üzərinə düşür”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info