Rəsul Quliyev: “ Sizinlə bir komandada ola bilmərəm”
Tarix: 25.10.2013 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev “milli şura”nın 24 oktyabr tarixli sessiyasına münasibət bildirib. “Palitra”nın məlumatına görə, R.Quliyev ənənəsinə sadiq qalaraq sosial şəbəkələrdə fikirlərini paylaşıb və tərəfdaşlarını tənqid atəşinə tutub. O, “milli şura”nın növbəti sessiyasının təəssüf hissindən başqa hiss yaratmadığını vurğulayıb.
Rəsul Quliyev onun “milli şura”dan çıxarılmasını istəyənlərə də cavab verib.
”Sessiya bir neçə heç kimin fikir vermədiyi konstruktiv çıxışdan başqa, heç nə ilə yadda qalmadı. Toplantı 20 ildir söylənilən eyni çıxışlar, real tətbiqi fantaziya olan şüarlardan ibarət oldu. Bundan başqa, qaragüruhçu elementlərin baş qaldırması, abırlarını saxlayan intellektualların səslərini çıxarmaması “milli şura”nın gələcəyinin necə formalaşacığından xəbər verir.
“Milli şura”nın mənim təkliflərimə məhəl qoymaması bir tərəfə, üzv olmayan Rövşən Qəmbərin təklifini gündəmə gətirməsi və sessiyada iştirak edənlərin buna heç bir reaksiya verməməsi “demokratiyaya gedən yolun başlanığıcıdır”.
Cəmil müəllimin əgər mən özüm “milli şura”dan getməsəm, “Rəsulu noyabrda çıxararıq” deməsini demokratiyanın “zirvəsi” hesab etmək olar. İlk növbədə Cəmil müəllim professordur, bu adına hörmət etməlidir. İkincisi, o respublikanın “demokratik” prezidenti olmaq istəyirdi. Bu arzuda olan adam ən azı “noyabrda müzakirə edərik” deməli idi. Əgər kiçik bir iclasda bir neçə qaragüruhçunun səsini kəsmək üçün belə sözlər işlədilirsə, onda bu boyda respublikanın idarəçiliyində nələr baş verərdi”.

R.Quliyev deyib ki, “milli şura”nın tutduğu yol heç bir yerə aparmayan yoldur. Onun sözlərinə görə, Azərbaycanda “milli şura”nın budəfəki bəyanatlarına oxşar bəyanatlar çox verilib. Bu münvalla həmin bəyanatı 2015 və 2018-ci illərdə də vermək lazım gələcək:
“Ona görə də “milli şura” o teksti saxlamalıdır ki, bir də yenidən yazmasın. Oradakı çıxışlardan başa düşdüm ki, bu adamların heç birinin İlham Əliyevin nə sonuncu çıxışlarından xəbərləri var, nə də 2014-cü il büdcə lahiyəsinə diqqət yetiriblər. Onlar bu günə qədər anlamayıblar ki, İlham Əliyev siyasi proseslərdə dəyişiklik barədə qərar qəbul edib və görüləcək işlər “milli şura”nın tamamilə axırına çıxacaq. Əsas məsələ, daxildə rüşvətlə real mübarizə aparılacağından xəbərsizdirlər. Onlar hələ də başa düşməyiblər ki, daxildə hökümət idarələri ilə əlaqələrin elektron poçt ilə aparılması nə deməkdir .
Çıxışlar yenə də İlham Əliyevin bu gün-sabah yıxılacağı eyforiyası üzərində qurulub. Belə bir “milli şura”nın perspektivi yoxdur bir məsələdirsə, xalqın öz taleyinə sahib olmaq imkanlarına ciddi zərbə vurması isə ikinci və ən təhlükəlisidir.
Əgər növbəti sessiyada “milli şura” konkret seçkilər uğrunda mübarizə aparacağı və bir ay müddətində plan və proqramını xalqın müzakirəsinə verəcəyi qərarını müzakirə etməsə, mən heç vaxt belə bir şuranın üzvü olmayacağam. İş elə gətirib ki, həyatım boyu heç kim, heç vaxt məni işdən azad etməyib. Ancaq siz bu günə qədər bir nəfəri də işdən çıxarmaq səlahiyyətinə malik olmayan bir adam məni işdən çıxarmaqla hədələdiniz, alqışlar. “Milli şura” üzvləri arasında məni kifayət qədər dəstəkləyənlər var, istəsəm sizin məni çıxarmanıza problem yarada bilərəm. Ancaq nəyin xatirinə. Sizinlə birlikdə 2015 və 2018-ci illərdə bəyanat vermək xatirinə bu işi görmərəm. Öz şəxsi ambisiyalarını xalqın marağından üstün görənlərlə necə bir komandada olmaq olar?”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info